Satış direktoru
Sahara Electronics MMC
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-08
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Baş ofisi Abşeron Ticarət Mərkəzində və əsas satış mərkəzləri Sədərək Ticarət Mərkəzi ərazisində yerləşir. Hazırda komandamıza dinamik, özünəgüvənən peşəkarları dəvət edirik..
Ümumi məqsəd
- Şirkətin B2C retail, topdan satış (Bakı və regionlar) və B2B (iri şəbəkələr və korporativ müştərilər) kanalları üzrə satış strategiyasını hazırlamaq, ümumi satış dövriyyəsini, gəlirliliyi və pərakəndə/topdan bazar payını artırmaq.
Əsas vəzifə və öhdəliklər
Strateji idarəetmə və satış hədəfləri
- Retail, topdan və B2B satış kanallarının hər biri üçün illik, rüblük və aylıq satış planlarını (KPI və OKR) hazırlamaq və icrasına nəzarət etmək.
- İstehlakçı elektronikası bazarını, rəqiblərin qiymət/aksiya siyasətini və tələbat meyllərini mütəmadi təhlil edərək satış strategiyasını çevik uyğunlaşdırmaq.
- Yalnız satış həcmini deyil, hər bir kanal üzrə marjalılıq və mənfəətlilik göstəricilərini (gross profit) optimal səviyyədə saxlamaq.
Retail idarəetməsi (pərakəndə satış mağazaları)
- Mağazaların satış hədəflərinin (turnover, average ticket, conversion rate) yerinə yetirilməsini təmin etmək.
- Mağazalarda müştəri xidməti, merchandising, vizual tərtibat və stok dövriyyəsinin optimal olmasına nəzarət etmək.
- Kateqoriya meneceri və marketing komandası ilə birlikdə mağazaiçi satış artırıcı kampaniyalar (trade marketing) planlaşdırmaq.
Topdan satış idarəetməsi (Bakı və regionlar)
- Bakı və regionlar üzrə topdan müştərilərlə işi təşkil etmək, topdan müştəri şəbəkəsini genişləndirmək
- Topdan müştərilərin nisyə limitlərinin tənzimlənməsi, ödəniş gecikmələrinə və debitor borcların vaxtında yığılmasına nəzarət etmək.
B2B satış idarəetməsi (iri şəbəkələr və korporativ müştərilər)
- Bazarın iri şəbəkə mağazaları ilə strateji tərəfdaşlıqlar qurmaq, illik tədarük müqavilələri bağlamaq və shelf-space (rəf payı) danışıqlarını aparmaq.
- Hotellər, rezidenstlər, iri ofislər və dövlət/özəl layihələr üçün xüsusi B2B təkliflər hazırlamaq, iri həcmli tender və layihə satışlarına rəhbərlik etmək.
Komandanın idarə edilməsi və inkişafı
- Satış komandasına (mağaza müdirləri, B2B menecerlər, topdan satış menecerləri və B2B satış meneceri) rəhbərlik etmək, motivasiya və bonus sistemlərinin idarə olunması
- Komanda daxilində satış bacarıqları, danışıqlar və məhsul biliklərinin artırılması üçün hr ilə birgə təlim ehtiyaclarını müəyyənləşdirmək.
Əməliyyat və şöbələrəarası koordinasiya
- Məhsul çeşidi, anbar ehtiyatları (stockout/overstock) və yeni brendlərin bazara çıxarılması üzrə sıx əməkdaşlıq etmək.
Vəzifə tələbləri
- Təhsil: Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat, menecment və ya müvafiq sahə).
- Təcrübə: Elektronika, retail satış sahəsində azı 5 il satış rəhbəri təcrübəsi (Retail + B2B + topdan satış təcrübəsi olanlara üstünlük verilir).
- Səriştələr: güclü liderlik, strateji təfəkkür, B2B danışıqlar aparmaq bacarığı, data analizi və KPI idarəetməsi, CRM və ERP sistemləri ilə işləmək təcrübəsi.
Biz nə təklif edirik?
- Əmək haqqı: 2,200-2,500 AZN (təcrübə və bacarıqlara əsasən) sabit əmək haqqı + aylıq satış üzrə bonuslar + performans əsaslı illik KPI bonusları;
- Korporativ nömrə və noutbuk
- 6 günlük iş həftəsi
Ünvan: Abşeron Mall, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57
CV-lərinizi “Mövzu” hissəsində ”Satış direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
- Senior Manager, Growth Strategy & Planning at Grab
- Enterprise Account Exec Telco & Media at ServiceNow
- CW Service Technician at Konecranes
- SMM Mütəxəssisi at Fortis Development
- Technologist (Beer & Soft Drinks) at Carlsberg Azerbaijan
- Marketing menecer / Маркетинг менеджер at ACİS Distribution Azerbaijan MMC