Lead Data Engineer
Datalead MMC
Vakansiya məlumatları
- HYBRID
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-01
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Vəzifə haqqında
- DataLead olaraq müxtəlif müəssisələr üçün Data Lakehouse, Data Warehouse, Data Integration və Analytics platformaları qururuq. Mövcud layihələrimizin texniki istiqamətini idarə edəcək, yeni həllərin arxitekturasında iştirak edəcək və Data Engineering komandasının inkişafına töhfə verəcək Lead Data Engineer axtarırıq.
- Bu rol həm güclü hands-on texniki təcrübə, həm də layihə və komanda səviyyəsində ownership tələb edir. Namizəd yalnız texniki həll hazırlayan mühəndis deyil, eyni zamanda layihənin texniki istiqamətini müəyyən edən əsas şəxslərdən biri olacaq.
Əsas məsuliyyətlər
- Mövcud Data Lakehouse və Data Warehouse layihələrinin texniki istiqamətinin idarə edilməsi;
- Yeni data platformalarının arxitekturasının hazırlanması və uyğun texnologiya seçimlərinin edilməsi;
- Müştəri ehtiyaclarının texniki tələblərə və icra planına çevrilməsi;
- ETL/ELT, batch, streaming və CDC əsaslı data pipeline-ların dizaynı və inkişafına rəhbərlik;
- Müxtəlif məlumat mənbələrinin vahid analitik platformalara inteqrasiyasının təşkili;
- Legacy sistemlərdən müasir data platformalarına keçid və migration layihələrinin texniki planlaşdırılması;
- Data modeling, data quality, metadata və lineage yanaşmalarının layihələrdə tətbiqi;
- Data platformalarının performans, etibarlılıq və miqyaslana bilmə baxımından optimallaşdırılması;
- Data pipeline-ların monitorinqi, troubleshooting və production problemlərinin həllində texniki liderlik;
- Komanda tərəfindən hazırlanmış həllərin, kodların və data flow-ların review edilməsi;
- Texniki standartların, reusable yanaşmaların və Data Engineering best practice-lərin formalaşdırılması;
- Data Engineer-lərə gündəlik texniki dəstək və mentorluq verilməsi;
- Layihələr üzrə workload, prioritet və texniki risklərin idarə edilməsində iştirak;
- Müştərilərlə texniki workshop və görüşlərdə iştirak;
- Təklif olunan həllərin arxitektura və texniki baxımdan təqdim edilməsi;
- Yeni layihələr üçün solution design, estimation və technical proposal hazırlanmasına töhfə verilməsi;
- Yeni Data Engineer namizədlərinin texniki qiymətləndirilməsində iştirak;
- Yeni texnologiyaların qiymətləndirilməsi və uyğun olduqda layihələrdə tətbiqi.
Texnologiyalar
- Apache Spark, Spark SQL, PySpark, Python, SQL, Apache Iceberg, Parquet, MinIO, S3-compatible Object Storage, Apache Kafka, CDC, Apache Airflow, dbt, Oracle, PostgreSQL, Microsoft SQL Server, MySQL, Kubernetes, Docker, Linux, Git, CI/CD, OpenMetadata, REST API, Power BI, Apache Superset.
Namizədə tələblər
- Data Engineering sahəsində minimum 5 il real layihə təcrübəsi;
- Senior və ya Lead səviyyəsində texniki məsuliyyət götürmək təcrübəsi;
- Data Warehouse, Data Lake və ya Data Lakehouse layihələrində praktiki iştirak;
- Data Architecture və Data Platform dizaynı üzrə güclü anlayış;
- Data modeling və analitik məlumat strukturlarının qurulması üzrə təcrübə;
- ETL/ELT prosesləri və kompleks data pipeline-ların hazırlanması üzrə güclü biliklər;
- Python və SQL üzrə yüksək səviyyəli praktiki bacarıqlar;
- Big Data və distributed processing yanaşmaları üzrə anlayış;
- Production sistemlərində performance tuning və troubleshooting təcrübəsi;
- Müxtəlif database və sistemlərlə data integration təcrübəsi;
- Texniki qərarları əsaslandırmaq və alternativ həlləri müqayisə etmək bacarığı;
- Müştəri və texniki komandalarla effektiv kommunikasiya qurmaq bacarığı;
- Eyni zamanda bir neçə layihə və prioritet üzərində işləyə bilmək;
- Komanda daxilində mentorluq və texniki istiqamət vermək bacarığı;
- İngilis dilində texniki sənədlərlə və vendorlarla sərbəst işləmək bacarığı.
Üstünlük veriləcək təcrübələr
- Böyük həcmli enterprise data platformalarının qurulması;
- Oracle və digər legacy database sistemlərindən müasir platformalara migration;
- Spark performance optimization;
- Kubernetes üzərində data platformalarının işlədilməsi;
- Data Governance, Metadata Management və Data Catalog həlləri;
- On-premise və hybrid data platformaları;
- Solution Architecture və technical presales;
- Müştəri layihələrinin texniki delivery-sinin idarə edilməsi;
- Texniki komandanın inkişafı və mentorluğu.
Bu rolda kim uğurlu olacaq
- Bu rol üçün yalnız güclü texniki mütəxəssis deyil, həm də məsuliyyət götürməyi sevən, texniki qərar verə bilən və komandanın ümumi nəticəsinə təsir edən namizəd axtarırıq.
- İdeal namizəd lazım olduqda özü kod yaza, arxitektura qura, problemi troubleshoot edə və eyni zamanda digər mühəndislərin işinə texniki istiqamət verə bilməlidir.
- Karyera inkişafı
- Bu rol DataLead daxilində Data Engineering istiqamətində daha geniş texniki və rəhbərlik məsuliyyəti götürmək istəyən namizədlər üçün inkişaf imkanı yaradır.
- Yüksək performans və leadership bacarıqlarından asılı olaraq gələcəkdə Head of Data Engineering roluna inkişaf etmək mümkündür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
- Rotational Analyst, 2027 Leadership Development Program, London at Ion
- Associate Director, Clinical Data Integration & AI Programming at Acadia Pharmaceuticals Inc.
- [Bosch R&D - Internship] Data Engineering Intern at Boschgroup
- Global Foreign Trade, Import - Internal Controls Performance Manager at Boschgroup
- Sr. Manager, Data Engineering at Vuoriinc
- Senior System Software Engineer - Integration and Analytics at NVIDIA