Fasad üzrə mühəndis
Avant Construction
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-07
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Vəzifə funksiyaları:
- Layihə üzrə fasad işlərinin planlaşdırılması, təşkili və icrasına ümumi nəzarətin həyata keçirilməsi ;
- Fasad sistemləri üzrə shop drawing, IFC və digər texniki sənədlərin yoxlanılması və təsdiqi prosesində iştirak ;
- Podratçı və subpodratçıların işlərinin koordinasiyası və nəzarətdə saxlanılması ;
- İş qrafikinin hazırlanması və sahədə işlərin qrafikə uyğun icrasının təmin edilməsi ;
- Materialların seçimi, sifarişi və sahəyə vaxtında çatdırılmasına nəzarət ;
- Fasad işlərinin keyfiyyət standartlarına və texniki normativlərə uyğunluğunun təmin edilməsi ;
- Sahədə texniki problemlərin operativ şəkildə həll edilməsi və alternativ həllərin təklif olunması ;
- İşlərin gedişi ilə bağlı mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
- Layihə üzrə digər bölmələrlə (memarlıq, konstruksiya, MEP və s.) koordinasiyanın təmin edilməsi ;
- İş təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət ;
- Təhvil-təslim (handover) mərhələsində iştirak və sənədləşmənin tamamlanmasının təmin edilməsi ;
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İnşaat üzrə);
- Fasad sistemləri üzrə minimum 3-5 il iş təcrübəsi (şüşə fasadlar, alüminium sistemlər, ventilyasiya olunan fasadlar və s.)
- Layihə sənədlərini (shop drawing, IFC, as-built) oxuma və analiz etmə bacarığı
- Fasad işlərinin icrasına nəzarət, keyfiyyət və texniki standartların tətbiqi üzrə təcrübə
- Podratçı və subpodratçılarla işin koordinasiyası bacarığı
- Material və texniki həllərin seçimi üzrə biliklər
- İş qrafikinin hazırlanması və icrasına nəzarət (MS Project və ya oxşar proqramlar üstünlükdür)
- AutoCAD və digər mühəndis proqramlarında işləmək bacarığı
- Texniki sənədlərin hazırlanması və hesabatların təqdim edilməsi bacarığı
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür
- Yüksək məsuliyyətlilik, operativlik və problem həll etmə bacarığı
Əmək şəraiti:
- İş qrafiki: 5/2, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- İş yeri - Yasamal ray.241 Abbas Mirzə Şərifzadə
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Fasad mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.