Baş energetik
Grand Agro MMC
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Təsvir
- Zavodun yarımstansiya, transformator, orta və aşağı gərginlikli paylayıcı qurğular, MCC panelləri, kabel xətləri və elektrik mühərriklərindən ibarət elektrik təsərrüfatının etibarlı işini təmin etmək;
- Generator, UPS, avtomatik ehtiyat qoşulması, akkumulyator və reaktiv güc kompensasiyası sistemlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Elektrik avadanlıqları üzrə texniki baxış, profilaktik xidmət, sınaq və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
- Elektrik nasazlıqlarını araşdırmaq, səbəblərini müəyyən etmək və təkrar baş verməsinin qarşısını almaq;
- Qəza hallarının idarə olunmasını və enerji təchizatının təhlükəsiz şəkildə bərpasını təşkil etmək;
- Elektrik işlərinin təhlükəsizlik qaydalarına və təsdiq edilmiş prosedurlara uyğun aparılmasına nəzarət etmək;
- Elektrik texniklərinin işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin nəticələrini yoxlamaq;
- Podratçı və servis təşkilatlarının işlərini koordinasiya etmək;
- Elektrik enerjisinin sərfiyyatını, yük bölgüsünü və enerji səmərəliliyini izləmək;
- Elektrik avadanlıqlarının texniki sənədlərinin, sxemlərinin, reyestr və sınaq protokollarının aktuallığını təmin etmək;
- Yeni layihələrin tikinti və işə salınması mərhələsində elektrik işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.
Tələblər
- Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli texniki sahə üzrə ali təhsil;
- Sənaye müəssisələrinin elektrik təsərrüfatında minimum 5 il iş təcrübəsi;
- Elektrik təsərrüfatının istismarı, texniki xidmətin planlaşdırılması və qəza hallarının idarə olunması üzrə təcrübə;
- 35 kV yarımstansiyaların istismarı üzrə praktiki təcrübə;
- Elektrik heyətinin və podratçıların işinin təşkili və nəzarəti üzrə bacarıq;
- Orta və aşağı gərginlik panelləri, MCC, generator, UPS və rele mühafizəsi üzrə bilik;
- Birxətli sxemləri, kabel cədvəllərini, qoruma parametrlərini və sınaq protokollarını oxuma bacarığı;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı üstünlükdür.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Təlim dəstəyi
- Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.