Avropada Təhsil üzrə Konsultant

Orbita Academy

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-26
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Orbita Academy komandamıza Avropada təhsil sahəsində minimum 1 il real iş təcrübəsi olan konsultant axtarırıq.

Tələblər

  • Məsuliyyətli, işinə ciddi yanaşan və şirkət dəyərlərini anlayaraq düzgün təmsil edən biri olmaq;
  • Avropa ölkələri və universitetləri haqqında geniş praktik bilik;
  • DAAD, Stipendium Hungaricum və digər təqaüd proqramları üzrə məlumatlılıq;
  • Real müraciət təcrübəsi və alınmış qəbul nəticələri;
  • Qəbul və sənədləşmə prosesinə bələdlik;
  • Güclü kommunikasiya və araşdırma bacarığı;
  • Avropada təhsil almış namizədlərə üstünlük verilir.

Öhdəliklər

  • Tələbələrə fərdi təhsil konsultasiyası vermək;
  • Tələbənin profilinə uyğun ölkə, universitet və proqramları müəyyənləşdirmək;
  • Təqaüd imkanlarını araşdırmaq və müraciət prosesini idarə etmək;
  • Universitet müraciətlərini və sənədləşmə prosesini koordinasiya etmək;
  • Tələbələri müraciət prosesinin sonuna və qəbul nəticəsinə qədər müşayiət etmək.

Şərtlər

  • Bazar ertəsi – Cümə: 10:00–19:00
  • Şənbə: 10:00–14:00
  • Bazar: İstirahət günü

CV-ni “Avropada Təhsil üzrə Konsultant” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Nömrəyə göndərilən CV-lər nəzərə alınmayacaq.

Şirkətin səhifəsində müraciət et