Onlayn satış və sosial media üzrə mütəxəssis
Transformers Azerbaijan
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Transformers Azerbaijan komandamıza onlayn satış və sosial media istiqamətində çalışacaq, ünsiyyətcil və məsuliyyətli əməkdaş axtarıq.
Vəzifə öhdəlikləri
- Instagram, TikTok və digər onlayn kanallardan daxil olan müştəri müraciətlərinin cavablandırılması;
- Müştərilərə məhsullar, qiymətlər və xüsusiyyətlər barədə düzgün məlumat verilməsi və satışın həyata keçirilməsi;
- Onlayn sifarişlərin qəbul edilməsi, qeydiyyatı və izlənilməsi;
- Müştərilərlə peşəkar, nəzakətli və satış yönümlü ünsiyyətin qurulması;
- Məhsulların sosial media üzərindən satışının təşkilində iştirak;
- Ehtiyac olduqda Instagram Reels, TikTok və digər sosial platformalar üçün məhsulların qısa videolu təqdimatlarının hazırlanmasında və çəkilişlərdə iştirak;
- Kamera qarşısında məhsulların sadə, səlis və maraqlı formada təqdim edilməsi;
- Satış və gündəlik ofis işlərinin kompüter üzərindən aparılması;
- Ofis daxilində komanda ilə koordinasiyalı işləmək.
Namizədə tələblər
- Azərbaycan dilində sərbəst və səlis danışıq;
- Rus dili biliyi üstünlükdür;
- Satış və müştəri ilə ünsiyyət bacarığı;
- Kompüter və internetdən sərbəst istifadə bacarığı;
- Instagram, TikTok və digər sosial media platformaları haqqında anlayış;
- Kamera qarşısında sərbəst danışmaq və məhsul təqdim etmək bacarığı;
- Ünsiyyətcil, məsuliyyətli və punktual olmaq;
- Komandada işləmək bacarığı;
- Öyrənməyə və inkişaf etməyə açıq olmaq.
- Satış və ya onlayn satış sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə: 10:30–18:00
- Şənbə: 10:00–13:00
- Bazar: istirahət günü
- Əməkhaqqı: 500 AZN + satış nəticələrinə əsaslanan bonus
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
- Veterinarian Medical Director | Equity Available at Allianceanimalhealth
- Veterinarian Owner/Medical Director at Allianceanimalhealth
- Senior Member Technical Staff - Senior QA Engineer at Thenielsencompany
- Senior Linux & Infrastructure Automation Engineer at Rrdonnelley
- Senior Enterprise Platforms Professional I ( SAP HANA BODS Developer) at Thenielsencompany
- Product Engineer at Quadient1