Broker

JobSearch.az

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-26
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

İş yeri: Xudat şəhəri

Vəzifə öhdəlikləri:

  • İdxal və ixrac yüklərinin gömrük rəsmiləşdirilməsi prosesini həyata keçirmək və izləmək;
  • Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri toplamaq, yoxlamaq və təqdim etmək;
  • İdxal olunan yüklər üzrə AQTA ilə bağlı müraciət və sənədləşmə proseslərini həyata keçirmək, tələb olunan sənədləri hazırlamaq və prosesin nəticəsini izləmək;
  • Yüklərin gömrükdən çıxarılması və müştəriyə təhvil verilməsini təmin etmək;
  • Gömrük orqanları və aidiyyəti qurumlarla sənədləşmə və zəruri işləri həyata keçirmək;
  • Müştərilərlə yükün rəsmiləşdirilməsi və təhvil verilməsi ilə bağlı əlaqə saxlamaq;
  • Gömrük rəsmiləşdirilməsi zamanı yaranan məsələlərin operativ həllində iştirak etmək;
  • Rəsmiləşdirilmiş yüklərlə bağlı sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsini təmin etmək.

Namizədə tələblər:

  • Broker və ya gömrük sahəsində iş təcrübəsi arzuolunandır;
  • Gömrük rəsmiləşdirilməsi və sənədləşmə prosesləri haqqında anlayış;
  • Sənədlərlə işləmək bacarığı və diqqətlilik;
  • Məsuliyyətli, operativ və işgüzar olmaq;
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Xudat şəhəri
  • İş qrafiki: 5 günlük
  • İş saatı: 09:00–18:00
  • Əmək haqqı: 600 AZN + bonus

Tələblərə uyğun namizədlər CV-lərini “Broker - Xudat” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkətin səhifəsində müraciət et