Korporativ hüquqşünas

Frazex

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilər, tərəfdaşlar və xidmət təminatçıları ilə müqavilələrin hazırlanması və tərtib edilməsi.
  • Şirkətin maraqlarına uyğun olaraq müxtəlif növ müqavilələrin hazırlanması və razılaşdırılması.
  • Müqavilə şərtlərinin təhlili, hüquqi risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi ilə bağlı təkliflərin hazırlanması.
  • Şirkətin fəaliyyəti üçün zəruri olan hüquqi sənədlərin, məktubların, sazişlərin, etibarnamələrin və digər sənədlərin hazırlanması.
  • Rəhbərliyin və əməkdaşların cari hüquqi məsələlərlə bağlı məsləhətləndirilməsi.

Namizədə tələblər:

  • Ali hüquq təhsili.
  • Hüquq sahəsində 3 ilədək iş təcrübəsi.
  • Müqavilələrin hazırlanması, yoxlanılması və razılaşdırılması üzrə praktiki təcrübə.
  • Mülki və korporativ hüquq sahəsində yaxşı bilik.
  • Hüquqi təhlil və sənədlərlə işləmək bacarığı.
  • Yaxşı kommunikasiya bacarıqları, işgüzar yazışmaların aparılması və danışıqların həyata keçirilməsi bacarığı.
  • Azərbaycan və rus dillərini bilmək arzuolunandır.

İş şəraiti:

  • Beşgünlük iş həftəsi : 10:00–18:00.
  • İş yeri: Bakı, Babək Plaza.
  • Əmək haqqı: 1500 AZN net.

Vakansiyaya müraciət etmək üçün CV-nizi “Korporativ hüquqşünas” vəzifəsinin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şirkətin səhifəsində müraciət et