İnsan Resursları Əməliyyatları Şöbəsinin Müdiri

JobSearch.az

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-04
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat  və ya müvafiq sahələr üzrə);
  • İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi;
  • HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə;
  • MS Office və yaxşı səviyyədə  Exceldə işləmək baqcarığı;
  • Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
  • Komandanı idarəetmə, iş bölgüsü aparma və əməkdaşların inkişafını dəstəkləmə bacarığı;
  • Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
  • Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, ingilis və ya rus dilində işlək səviyyədə ünsiyyət bacarığı.

Əsas öhdəliklər:

  • İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək;
  • İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək;
  • İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
  • İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək;
  • ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək;
  • İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək,fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Şöbənin fəaliyyətini və komandanın işini idarə etmək, əmək münasibətləri və işçi məsələləri üzrə metodoloji və praktiki dəstək göstərmək.
  • Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək.

İş şəraiti:

  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • KPİ dəyərləndirmə əsasında bonus;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et