Satış və əmlak üzrə məsləhətçi

Kristal

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Sahədə işləməyə, layihə və binalara mütəmadi səfər etməyə hazır olmaq;
  • Mülkiyyətçilərlə əlaqə quraraq satmaq və ya kirayə vermək istədikləri əmlakları müəyyənləşdirmək və portfelə cəlb etmək;
  • Potensial alıcı və kirayəçiləri araşdırmaq və cəlb etmək;
  • Əmlak sahibi ilə potensial alıcı/kirayəçi arasında əlaqəni qurmaq və görüş/baxışları təşkil etmək;
  • Şirkəti müştərilər qarşısında peşəkar şəkildə təmsil etmək;
  • Qiymət və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
  • Müştərinin ehtiyacını düzgün müəyyənləşdirmək və uyğun təklif təqdim etmək;
  • Yeni əlaqələr yaratmaq və potensial müştəriləri aktiv şəkildə araşdırıb tapmaq;
  • Telefon danışıqları və üzbəüz görüşlər vasitəsilə aktiv satış aparmaq;
  • Danışıqları və müştəri əlaqələrini sövdələşmə bağlanana qədər davamlı şəkildə izləmək;
  • Məlumat toplamaq, sistemləşdirmək və müştəri bazası formalaşdırmaq

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti; rus dili biliyi üstünlükdür;
  • Yüksək ünsiyyət və insanlarla tez əlaqə qurmaq bacarığı;
  • Aktiv satış və müştəri cəlb etmə bacarığı;
  • Çevik, enerjili, məsuliyyətli və məqsədyönlü olmaq;
  • Əmlak, maklerlik, aktiv satış və ya müştəri cəlbi sahəsində iş təcrübəsi üstünlükdür.
  • Nəticə və satış yönümlü olmaq, təşəbbüskarlıq göstərmək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satış və əmlak üzrə məsləhətçi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkətin səhifəsində müraciət et