Sürücü (Gəncə)

Foton

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Təhkim edildiyi layihədəki əməkdaşların ərazi daxilində daşınmasını təmin etmək;
  • Şirkət əməkdaşlarını təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etmək;
  • Şirkət tərəfindən təhkim olunmuş avtomobilin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək.

Namizədə aid tələblər:

  • Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə;
  • Sürücü kimi əvvəlki iş yerlərində minimum 3 il  təcrübəyə malik olmaq ;
  • Dəyişkən iş mühitində təzyiq altında çalışmaq və hər zaman səbr və təmkinliyini qoruyub saxlamaq;
  • B, C və D kateqoriyalı sürücülük vəsiqəsi.

İş şəraiti:

  • İş rejimi: 5 günlük;
  • İş yeri: Gəncə şəhəri və ətraf regionlar;
  • Yaşayış yeri Gəncə şəhəri olan namizədlərə üstünlük veriləcək;
  • İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Sürücü-Gəncə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.

Şirkətin səhifəsində müraciət et