Fəhlə
Luxoil Company MMC
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
İş şəraiti
- İş yeri: Sement zavodu
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: 700 AZN + bonus
Əsas vəzifələr
- Zavod ərazisində istehsalat və yardımçı işlərin yerinə yetirilməsi;
- Sement istehsalı prosesində fəhlə işlərinin icra edilməsi;
- Materialların, xammalın və avadanlıqların daşınması və yerləşdirilməsi;
- İstehsalat sahəsinin təmiz və səliqəli saxlanılması;
- Avadanlıqların təmizlənməsi və texniki işlər zamanı əməkdaşlara köməklik göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Namizədə tələblər
- Orta və ya orta ixtisas təhsili;
- Fiziki cəhətdən sağlam və iş qabiliyyətli olmaq;
- Məsuliyyətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirmək;
- Sement zavodunda və ya istehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
Təklif olunur
- Rəsmi əmək müqaviləsi;
- 700 AZN əmək haqqı + bonus;
- Stabil iş şəraiti;
- Təhlükəsizlik qaydalarına uyğun iş mühiti;
Qeyd: İş vəzifəsi, əmək şəraiti, iş qrafiki və digər detallarla bağlı ətraflı məlumat müsahibə zamanı təqdim olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan nömrəyə göndərə bilərlər. Mövzu hissəsində “Fəhlə” qeyd edin.
Əlaqə +994 10 241 43 26