Catering üzrə korporativ satış meneceri

Başkent Restoranlar Şəbəkəsi

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri

  • Yeni müştərilərin və korporativ tərəfdaşların cəlb edilməsi.
  • Mövcud müştəri bazası ilə əlaqələrin qorunması və genişləndirilməsi.
  • Catering xidmətləri üzrə satışların artırılması.
  • Müştərilərin ehtiyaclarına uyğun menyu və xidmət təkliflərinin hazırlanması.
  • Qiymət və kommersiya təkliflərinin hazırlanması.
  • Müştərilərlə danışıqların aparılması və əməkdaşlıq şərtlərinin razılaşdırılması.
  • Sifarişlərin qəbul edilməsi və icra prosesinin koordinasiyası.
  • Satış planlarının hazırlanması və nəticələr barədə rəhbərliyə hesabat verilməsi.
  • Bazarın araşdırılması və yeni satış imkanlarının müəyyən edilməsi.

Namizədə tələblər

  • Satış sahəsində iş təcrübəsi mütləqdir.
  • Catering və ya restoran sektorunda iş təcrübəsi mütləqdir.
  • Catering sahəsində formalaşmış şəxsi müştəri bazasının olması mütləqdir.
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
  • Kommersiya təklifləri və qiymət hesablamaları hazırlamaq bacarığı.
  • MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı.
  • Rus dili biliyi mütləqdir, ingilis dili biliyi üstünlükdür.
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş şəraiti

  • Əməkhaqqı: 1000 AZN + satış faizi.
  • İş qrafiki: Tam iş günü.

Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.

Şirkətin səhifəsində müraciət et