Keyfiyyətə Nəzarət Mühəndisi (QA/QC)

Caspensol MMC

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

İş yeri: Bakı şəhəri

Əmək haqqı: 3000–3500 AZN

Vəzifə öhdəlikləri

  • Tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa işlərinin layihə, AzDTN, ISO və digər normativ tələblərə uyğunluğuna nəzarət etmək;
  • Podratçıların QA/QC proseslərini, Keyfiyyət İdarəetmə Planı (QAP/QMP) və prosedurlarını yoxlamaq və monitorinq etmək;
  • Sahə keyfiyyət yoxlamalarını planlaşdırmaq, təşkil etmək və ITP əsasında icrasına nəzarət etmək;
  • Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və preventiv tədbirlər üzrə təkliflər vermək;
  • Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq;
  • Uyğunsuzluqları (NCR/Observation) müəyyən etmək, qeydiyyata almaq, düzəldici tədbirlərin icrasını və NCR-lərin bağlanmasını izləmək;
  • Təkrarlanan keyfiyyət problemlərinin kök səbəblərini təhlil etmək və CAR-ların effektivliyini qiymətləndirmək;
  • Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət sənədlərinin tamlığına nəzarət etmək;
  • Həftəlik və aylıq keyfiyyət/proses hesabatlarını və NCR izləmə cədvəllərini hazırlamaq.

Tələblər

  • İnşaat mühəndisliyi, memarlıq, mühəndislik və ya tikinti idarəetməsi üzrə ali təhsil;
  • Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il, aparıcı KT/KN (QA/QC) mühəndisi kimi təcrübə;
  • Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir;
  • AzDTN, EN və ISO 9001 standartları üzrə yaxşı/dərin bilik;
  • Layihə sənədləri, IFC çertyojları, ITP, QAP/QMP və MAR sənədləri ilə işləmə bacarığı;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və ekoloji qanunvericiliyi üzrə bilik;
  • Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı;
  • AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri;
  • İngilis dili biliyi;
  • ISO 9001 Lead Auditor, IRCA və ya ekvivalent sertifikatların olması üstünlükdür.

Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Keyfiyyətə Nəzarət Mühəndisi (QA/QC)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkətin səhifəsində müraciət et