Satış Təqdimat meneceri

DEVABİ

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-10-01
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

DEVABİ platformasının mağazalar arasında tanıdılması, potensial mağazaların müəyyən edilməsi və yeni tərəfdaşların platformaya cəlb olunması üçün Satış Təqdimat Meneceri axtarılır.

Vəzifə öhdəlikləri

  • Potensial tərəfdaş ola biləcək mağazaları müəyyən etmək və yeni mağazalarla əlaqə yaratmaq;
  • Mağazalara yerində səfərlər həyata keçirmək, mağaza rəhbərlərinə və məsul şəxslərə DEVABİ platformasının məqsədini, üstünlüklərini və funksiyalarını təqdim etmək;
  • Potensial mağaza tərəfdaşları ilə danışıqlar aparmaq və onları DEVABİ platformasından istifadəyə cəlb etmək;
  • DEVABİ panelinin mağazada uyğun iş cihazına quraşdırılmasını, qeydiyyatını və aktivləşdirilməsini təmin etmək;
  • Mağazada məsul əməkdaşa paneldən istifadə qaydalarını izah etmək, ilkin praktiki təlim və dəstək göstərmək;
  • Platformaya qoşulmuş mağazaların paneldən faktiki istifadə vəziyyətini izləmək və mağaza əməkdaşları ilə davamlı əlaqə saxlamaq;
  • Mağazalara aylıq kampaniyalar və platformadakı yeniliklər barədə məlumat vermək;
  • Hər bir mağaza üzrə aylıq satış dövriyyəsini izləmək, dəyişiklikləri təhlil etmək və rəhbərliyə məlumat təqdim etmək;
  • Mağazalara edilən səfərlərin, görüşlərin, təqdimatların və yeni qoşulan tərəfdaşların uçotunu aparmaq;
  • Həftəlik və aylıq satış hədəflərinin icrasını təmin etmək və nəticələr barədə İcraçı Direktora hesabat vermək.

Tələblər

  • Ali təhsil tələb olunur;
  • Satış, müştəri xidməti və ya sahə işi üzrə təcrübə arzuolunandır; Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  •  Mağazalara səfər etməyə və sahədə aktiv işləməyə hazır olmaq;
  • Kompüterdən və MS Office proqramlarından istifadə bacarığı;
  • Panelin quraşdırılması və istifadəsinin izahı üçün zəruri ilkin texniki bacarıqlar; Məsuliyyətli, nəticəyönümlü, operativ və komandada işləmək bacarığı.

İş barədə məlumat

  • Əməkhaqqı: 500 manat başlanğıc (artan əmək haqqı)
  • Nahar şirkət tərəfindən qarşılanır.
  • Korporativ nömrə şirkət tərəfindən qarşılanır.
  • İş görüşmələri ilə bağlı nəqliyyat xərci şirkət tərəfindən qarşılanır.
  • İş saatı: 09:00–18:00;
  • İş yeri: RST Global Business Center; Birbaşa tabeçilik: İcraçı direktor.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “Müraciət et” düyməsində qeyd olunan elektron ünvana göndərə bilərlər.

 Əlaqə +994 99 888 60 61 

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et