SCADA sistemləri və avtomatika üzrə mühəndis

Prosys LLC

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-10-07
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

İş yeri: Bakı, Azərbaycan 

İş rejimi: Tam ştat (Full-time)

Namizədə olan tələblər:

  • Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində minimum 3+ il təcrübə; 
  • SCADA/HMI layihələrinin hazırlanması, tətbiqi və istismara verilməsində praktiki iştirak təcrübəsi; 
  • PLC proqramlaşdırması üzrə güclü bilik (Siemens S7-1200/S7-1500, TIA Portal; digər istehsalçılar üstünlükdür); 
  • IEC 60870-5-104 və digər telemexanika protokolları (üstünlükdür); 
  • Ən azı bir SCADA/HMI platforması ilə iş təcrübəsi (WinCC / WinCC Unified, Ignition, Wonderware/AVEVA, MasterSCADA, Zenon və ya analoqları); 
  • Elektrik və avtomatika çertyojlarını (prinsipial, qoşulma və montaj sxemləri, spesifikasiyalar) oxumaq və təhlil etmək bacarığı (AutoCAD, EPLAN); 
  • I/O siyahılarının, siqnal və registr xəritələrinin hazırlanması təcrübəsi; 
  • Nasoslar, siyirtmələr, ventilyasiya, eskalatorlar, işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması haqqında bilik; 
  • Sınaqlarının aparılması və istismara vermə (commissioning) təcrübəsi; 
  • İstifadəçi rolları və giriş nəzarəti prinsipləri haqqında anlayış; 
  • Texniki sənədləşdirmə (texniki tapşırıq, funksional təsvir, istismar təlimatı) hazırlamaq bacarığı; 
  • Sifarişçi və podratçılarla texniki səviyyədə kommunikasiya aparmaq bacarığı; 
  • Asan ünsiyyət qurmaq bacarığı; 
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq; 
  • Avtomatika, elektrik mühəndisliyi, elektronika və ya oxşar ixtisas üzrə ali təhsilli olmaq;
  • Texniki ingilis dili biliyi (rus dilini bilənlərə üstünlük verilir); 
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyətinə malik olmaq.

Sənaye protokolları üzrə praktik bilik: 

  • MODBUS TCP/RTU; 
  • PROFINET / PROFIBUS; 
  • OPC UA / OPC DA; 

İş barədə məlumat:

  • SCADA və telemexanika sistemlərinin arxitekturasının hazırlanması və mövcud sistemlərin təhlili; 
  • Obyektlərin avadanlıq və siqnal siyahılarının (I/O list), registr xəritələrinin tərtib edilməsi və iş həcminin qiymətləndirilməsində iştirak; 
  • PLC proqramlarının hazırlanması, dəyişdirilməsi və sazlanması; 
  • SCADA/HMI ekranlarının, qəza siqnallarının, tarixçənin, trendlərin və hesabatların konfiqurasiya edilməsi; 
  • PLC, middleware və SCADA arasında MODBUS TCP, OPC UA və digər protokollar üzrə inteqrasiyanın qurulması; 
  • Stansiya və obyektlərdəki mühəndis sistemlərinin (su təchizatı, ventilyasiya, eskalatorlar, işıqlandırma, enerji təchizatı) SCADA-ya qoşulması; 
  • Elektrik və avtomatika çertyojlarının, texniki tapşırıqların və spesifikasiyaların təhlili, sifarişçiyə dəqiqləşdirici sualların hazırlanması; 
  • İdarəetmə ssenarilərinin (yanğın, qəza, rejim ssenariləri) layihələndirilməsi və tətbiqi; 
  • Server, iş yerləri və sənaye şəbəkəsinin quraşdırılması və konfiqurasiyasında iştirak; 
  • Sınaqlarının hazırlanması və aparılması, sistemin istismara verilməsi; 
  • İstifadəçi rolları, giriş nəzarəti və audit tələblərinin tətbiq edilməsi; 
  • Texniki sənədlərin, funksional təsvirlərin, sxemlərin və istismar təlimatlarının hazırlanması; 
  • İstifadəçilərin və dispetçerlərin təlimində iştirak; 
  • Zəmanət və texniki dəstək mərhələlərində sistemin stabil işinin təmin edilməsi.

Biz sizə nə təklif edirik?

  • Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı
  • Dostyana və dəstəkləyici iş mühiti
  • Müasir texnologiyalarla işləmək fürsəti
  • Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi / Saat 09:00 – 18:00
  • İstirahət günləri: Şənbə və bazar
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "SCADA sistemləri və avtomatika üzrə mühəndis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et