Korporativ müştəri xidməti üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Masallı filialı)
Bank Respublika ASC
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Təsvir
- Bankın korporativ müştərilərinə xidmət etmək, istiqamət üzrə tələb olunan bütün sənədlərin rəsmiləşdirilməsini aparmaq;
- Əməliyyat proseslərini müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun icra etmək;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat vermək;
- Çarpaz satış əməliyyatlarının həyata keçirilməsi və işin davamlılığını təmin etmək.
Tələblər
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri arzuolunandır;
- İş təcrübəsi: Korporativ müştərilərə xidmət üzrə 1 illik iş təcrübəsi arzuolunandır;
- Təqdim olunan məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Operativ və çevik işləmə qabiliyyəti, məsuliyyətlilik;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandada işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.