Biznes İnkişafı üzrə mütəxəssis

Mpay MMC

Vakansiya məlumatları

  • ONSITE
  • CONTRACT
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri

  • Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarını hazırlayır.
  • Şirkətin maliyyə dövriyyəsini artıra biləcək yeni xidmət və ya məhsul yaradılmasında yaxından iştirak edir.
  • Şirkətin məhsul və xidmətləri üçün yeni müştərilər cəlb edir və onlarla əməkdaşlıq prosesini həyata keçirir.
  • Müştəri xidmətlərindən daxil olan sorğular və ya bazar araşdırması nəticəsində müəyyən edilən potensial müştərilərin müəyyən edilməsini təmin edir.
  • Müştərilərlə əlaqələrin yaradılması (soyuq zəng, onlayn, görüş).
  • İlkin şərtlərin və təklifin təqdim edilməsi.
  • Müqavilə proseslərini tam nəzarətdə saxlayır (şərtlərin müzakirəsi, təsdiqləmə, imzalama).
  • Aidiyyəti struktur bölmələr ilə məlumat bölgüsünü təmin edir.
  • Müştərilər və onların məhsul və xidmətləri üçün inteqrasiya proseslərini daim nəzarətdə saxlayaraq icrasını tam təmin edir.
  • Nağd və onlayn ödəniş bazarlarında baş verənləri mütəmadi olaraq araşdırır, bu sahədə ən son trendləri öyrənir.
  • Öz sahəsində olan təchizatçılarla aparılan işlərə, sifarişlərin vaxtında yerləşdirilməsinə və icrasına nəzarət edir.
  • Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barədə şöbə rəhbərinə həftəlik və aylıq hesabat verir.
  • Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak edir.

İş şəraiti

  • Ofis daxili;
  • İş rejimi: həftənin 5 günü (09:00–18:00);
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Tələb Olunan Bacarıqlar

  • Ofis proqramlarını bilməli (Word, Excel, PowerPoint və s.).

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Şirkətin səhifəsində müraciət et