Odoo ERP Sales Intern
BlackDots
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Vəzifə haqqında
- Komandamıza Odoo Sales Intern axtarırıq. Odoo ERP həllərinin bizneslərə təqdim edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və satış prosesində iştirak etmək istəyən, ünsiyyət və öyrənmə bacarıqları güclü olan namizədləri komandamıza dəvət edirik.
- Bu vəzifədə namizəd Odoo ERP sisteminin imkanlarını və modullarını öyrənərək, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin biznes ehtiyaclarını analiz edəcək və uyğun Odoo həllərinin təqdim edilməsində iştirak edəcək.
Əsas vəzifələr
- Potensial müştərilərin araşdırılması və müəyyənləşdirilməsi
- Yeni müştərilərlə ilkin əlaqənin qurulması
- Müştərilərin biznes ehtiyaclarını və problemlərini müəyyənləşdirmək
- Odoo ERP sisteminin və müvafiq modulların müştərilərə təqdim edilməsi
- Müştərilərə Odoo həllərinin üstünlükləri və funksionallıqları haqqında məlumat vermək
- Satış görüşlərində və təqdimatlarda iştirak etmək
- Müştərilərdən gələn sorğuları cavablandırmaq və uyğun həllərin təklif edilməsinə dəstək olmaq
- Hazırlanan kommersiya təkliflərinin müştərilərə təqdim edilməsində iştirak etmək
- Satış prosesini CRM/ERP sistemi üzərindən izləmək
- Mövcud və potensial müştərilərlə münasibətlərin inkişaf etdirilməsinə dəstək olmaq
Namizədə tələblər
- Satış və biznes inkişafı sahəsinə maraq
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı
- Odoo ERP haqqında ilkin məlumat üstünlükdür
- ERP sistemləri və biznes proseslərinə maraq
- Öyrənməyə açıq və nəticə yönümlü olmaq
- Komanda ilə işləmək bacarığı
- Azərbaycan dili səlis, İngilis dili yaxşı səviyyədə
- Rus dili bilikləri üstünlükdür
- Satış sahəsində əvvəlki təcrübə üstünlükdür, lakin məcburi deyil
Internship proqramı
- Müddət: 3 ay
- Odoo ERP sistemi və əsas modullar üzrə praktiki təlim
- Real müştərilərlə satış prosesində iştirak
- B2B satış və biznes inkişafı üzrə praktiki təcrübə
- Təcrübəli satış və ERP mütəxəssislərindən mentorluq və dəstək
- Müştəri ehtiyaclarının analiz edilməsi və uyğun ERP həllərinin təqdim olunmasını öyrənmək
- Dinamik və komanda yönümlü iş mühiti
- Internship proqramını uğurla tamamlayan namizəd üçün uzunmüddətli əməkdaşlıq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
- Sales Executive at Delivery Hero
- Specialist, Field Sales at Delivery Hero
- Sales Specialist - Account Management at Delivery Hero
- Key Account Manager Croatia at Delivery Hero
- Operations / Sales / HR - UAE National (Family Book) at Delivery Hero
- Junior Key Account Manager at Delivery Hero