Baş qrafik və animasiya dizayneri/video redaktor
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-08
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Ünvan: Bakı şəhər, Səməd Vurğun küçəsi 151
İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Tələblər:
- Qrafik dizayn və video montaj sahəsində minimum 3 il iş təcrübəsi;
- İngilis dili bacarığı üstünlükdür
- Adobe Photoshop, Illustrator, Premiere Pro (və ya DaVinci Resolve) və After Effects proqramlarında sərbəst işləmək bacarığı;
- Rəqəmsal və çap materiallarının hazırlanması, çapöncəsi texniki tələblər üzrə biliklər;
- Sosial media platformalarının vizual formatlarına və texniki tələblərinə bələd olma;
- Paralel layihələri idarə etmək və son tarixlərə riayət etmək bacarığı;
- Komanda ilə effektiv əməkdaşlıq etmək və rəylər əsasında işi təkmilləşdirmək bacarığı;
- Süni intellekt əsaslı dizayn və video alətlərindən istifadə bacarığı
Öhdəliklər:
- Rəqəmsal və çap kanalları üçün marketinq və reklam materiallarının dizayn edilməsi;
- Marketinq kampaniyalarının məqsədlərinə və hədəf auditoriyasına uyğun vizual konsepsiyaların hazırlanması;
- Sosial media, veb-sayt, tədbir və digər kommunikasiya kanalları üçün kreativ vizual məzmunun yaradılması;
- Video materialların montajı və redaktəsi, rəng və səs korreksiyasının aparılması;
- Layihələrin tələblərinə uyğun animasiya, hərəkətli qrafika və vizual effektlərin hazırlanması;
- Bütün vizual materiallarda brend standartlarının və vahid vizual üslubun qorunması;
- Dizayn və video materialların müvafiq platformalara, texniki tələblərə və yayım formatlarına uyğunlaşdırılması;
- Marketinq komandası ilə əməkdaşlıq edərək layihələrin briefə, keyfiyyət tələblərinə və müəyyən edilmiş müddətlərə uyğun tamamlanması.
Biz təklif edirik:
- Rəqabətədavamlı əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Baş qrafik və animasiya dizayneri/video redaktor” vəzifəsini qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
- Engineer - Geotechnical at Aecom2
- Digital Engineering Production Lead - Aviation at Aecom2
- Assistant Resident Engineer/ Senior Engineer – Civil at Aecom2
- Infrastructure Engineer -Dry Utilities at Aecom2
- Senior Engineer - ELV (MEP) at Aecom2
- Sr. Resident Engineer at Aecom2