İşə Qəbul üzrə Mütəxəssis / Recruiter
Max Print
Vakansiya məlumatları
- REMOTE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
MAX PRINT MMC komandamızı genişləndirir və nəticəyönümlü İşə Qəbul üzrə Mütəxəssis axtarır.
Əgər namizəd axtarışı, ünsiyyət və düzgün namizədi düzgün vəzifə ilə uyğunlaşdırmaq Sizin güclü tərəfinizdirsə, Sizi komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri
- Açıq vakansiyalar üzrə namizədlərin aktiv axtarışı və seçilməsi;
- CV-lərin təhlili və ilkin müsahibələrin keçirilməsi;
- Namizədlərlə telefon və onlayn müsahibələrin təşkili;
- Uyğun namizədlərin rəhbərlərə təqdim edilməsi;
- Namizəd bazasının formalaşdırılması və yenilənməsi;
- Vakansiyaların müxtəlif platformalarda yerləşdirilməsi və idarə olunması;
- İşə qəbul prosesinin bütün mərhələlərində namizədlərlə kommunikasiya;
- Vakansiyaların vaxtında və keyfiyyətli bağlanmasının təmin edilməsi.
Tələblər
- Recruitment / HR sahəsində iş təcrübəsi;
- Namizəd axtarışı və aktiv sourcing bacarığı;
- LinkedIn və digər işə qəbul platformaları ilə işləmək bacarığı;
- Güclü kommunikasiya və müsahibə aparmaq bacarığı;
- Məsuliyyətli və nəticəyönümlü yanaşma;
- Bir neçə vakansiya ilə paralel işləmək bacarığı;
- Rus dili – sərbəst danışıq və yazılı ünsiyyət səviyyəsində (mütləqdir);
- Azərbaycan dilində sərbəst ünsiyyət.
İş formatı
- Tam remote iş formatı.
- Gündəlik olaraq ofisə gəlmək tələb olunmur.
- Ofisə yalnız namizədlərlə üzbəüz müsahibələrin keçirilməsi üçün gəlmək tələb olunur.
- Müsahibələr əvvəlcədən razılaşdırılır.
Əməkhaqqı və bonus
- 500 AZN NETT + hər uğurla bağlanmış vakansiyaya görə bonus.
- Nəticəyönümlü bonus sistemi ilə əlavə qazanc imkanı.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və mövzu hissəsində “Recruiter” qeyd etmənizi xahiş edirik.
Oxşar vakansiyalar
- Office Manager Romania at Delivery Hero
- Warehouse Assistant (pandamart) at Delivery Hero
- Warehouse Manager at Delivery Hero
- Legal Counsel - Italy at Delivery Hero
- IT Application Support Administrator I at Delivery Hero
- Operations Team Leader at Delivery Hero