Ofis nəzarətçisi

Xalq Həyat Sığorta

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

İş şəraiti

  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri, Heydər Əliyev pr,164

Öhdəliklər:

  • Cəmiyyətin inzibati binasının, əməkdaşlarının və əmlakının təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi;
  • İşçilərin, qonaqların və kənar şəxslərin bina daxilində hərəkəti və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət;
  • Obyektə gətirilən/çıxarılan məhsul, material və əmlaka dair sənədlərin yoxlanılması;
  • Rəhbərliyin müəyyən etdiyi iş rejiminə əməl olunmasına nəzarət və ərazidə müntəzəm baxışların keçirilməsi;
  • Zəruri təsərrüfat mal-materiallarının sifarişi və təhvil-təslimi prosesində iştirak;
  • Daxil olan şəxslərlə ilkin ünsiyyət qurulması, yardımçı olunması və zəruri hallarda yönləndirilməsi.

Tələblər:

  • Orta və ya ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Fikrini aydın izah etmək qabiliyyəti;
  • Təhlükəsizlik qaydalarını bilmək;
  • İstifadəçi səviyyəsində kompüter biliklərinə malik olmaq.

Fərdi keyfiyyət tələbləri:

  • Məsuliyyətlilik, diqqətlilik, təşkilatçılıq bacarığı, ünsiyyətcillik, stress altında işləmək bacarığı, komanda ilə işləmək bacarığı, təşəbbüskarlıq, çeviklik və operativlik, etibarlılıq və şirkətə sədaqətlilik.

Tələblərə uyğun namizədlər CV-lərini azərbaycan dilində və mövzu hissəsində vakansiyanın adını “Ofis nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkətin səhifəsində müraciət et