Layihəçi-inşaat mühəndisi
Qartal Tikinti Firması
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-19
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: Vergilər çıxıldıqdan sonra 1000 AZN (İşin irəliləyişində rəhbərlik tərəfindən əmək haqqı artırıla bilər.)
İş yeri: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə Qartal Tikinti firmasının Baş ofisi
Tələblər:
- Memarlıq və İnşaat Universitetinin “sənaye və mülki tikinti” və “memarlıq” ixtisasları üzrə ali təhsil;
- Sənaye və mülki tikintilərin layihələrinin çəkilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Layihələndirmə işləri üçün proqramları bilməlidir (Autocad, Archicad, Tekla Structural arzuolunandır )
- Microsoft office proqramlarını (word, excel, outlook və s.) bilməlidir;
- Həm memarlıq, həm də konstruksiya layihələrində işləməyi bacarmalı;
- Layihə olunacaq obyektin texniki göstəricilərinin və material sərfini hesablamağı bacarmalıdır;
- Firmanın yerinə yetirdiyi işlər üzrə işçi və icra layihələrini işləməyi bacarmalıdır;
- İşlənib hazırlanmış layihələri firmanın bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırıb, son versiyanı rəhbərliyə təqdim etməlidir;
- Namizədin yaşı 25-35 olması tələb olunur;
- Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
- B kateqoriya sürücülük vəsiqəsinin olması arzuolunandır.
İş haqqında məlumat:
- Mülki tikintilərin, inzibati binaların, ofis layihələrinin, memarlıq, konstruksiya hissəsinin çertyojlarının və 3 ölçülü görünüşlərinin müvafiq proqramlarda hazırlanması.
- Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərə uyğun görülməsinə nəzarət edilməsi;
- Layihələr üzrə iş həcmlərinin çıxarılması və qiymətləndirmə üçün təqdim olunması.
- İşçi və eskiz layihələrinin Qartal Tikinti Firmasının tələb etdiyi formatda hazırlayıb firmanın direktoru ilə razılaşdırmalı və direktorun iradlarının aradan qaldırılması üçün etab-etab firmanın direktoruna göndərməli.
İş şəraiti:
- İş saatı 09:00-18:00;
- İstirahət günü - Şənbə və Bazar günləri;
- Nahar firma tərəfindən təmin edilir.
CV-nizi Müraciət et düyməsində qeyd olunan email ünvanına, mövzu hissəsində Layihəçi-inşaat mühəndisi yazmaqla göndərin.
Əlaqə telefonu: +994 50 283 00 69 (CV-lər nəzərdən keçirildikdən sonra uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.)
Əlaqələndirici şəxs: Ülkər Muradova