Qrafik Dizayner

Rifah Group

Vakansiya məlumatları

  • ONSITE
  • UNKNOWN
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-19
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

İş barədə məlumat

EVOL mağazalar şəbəkəsi komandamıza qoşulmaq üçün yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir texnologiyalardan istifadə bacarığına malik Qrafik Dizayner-Menecer axtarır.

Öhdəliklər

Qrafik dizayn və vizual kontent

  • Şirkətin reklam və marketinq kampaniyaları üçün kreativ dizaynlar hazırlamaq;
  • Sosial media platformaları üçün post, story, banner, reklam və digər vizual materiallar hazırlamaq;
  • Mebel, elektronika və digər məhsulların reklam dizaynlarını yaratmaq;
  • Aksiya, endirim, yeni məhsul və mağaza açılışları üçün reklam materialları hazırlamaq;
  • Çap məhsullarının (poster, flayer, buklet, kataloq, banner və s.) dizaynını hazırlamaq;
  • Məhsul fotolarının redaktəsini, rəng korreksiyasını və vizual təkmilləşdirilməsini həyata keçirmək;
  • Şirkətin vahid korporativ üslubunun qorunmasını təmin etmək.

Süni intellekt (AI) texnologiyalarının tətbiqi

  • Süni intellekt vasitəsilə kreativ reklam ideyaları və vizual konseptlər hazırlamaq;
  • AI alətləri ilə məhsul və reklam vizualları yaratmaq;
  • Məhsulların interyer və müxtəlif mühitlərdə realistik təqdimatını hazırlamaq;
  • AI vasitəsilə foto və video kontentlər yaratmaq və redaktə etmək;
  • Reklam kampaniyaları üçün AI əsaslı kreativ materiallar hazırlamaq;
  • Dizayn prosesində süni intellekt texnologiyalarından istifadə etməklə işin sürətini və məhsuldarlığını artırmaq.

Dizayn prosesinin idarə edilməsi

  • Dizayn işlərinin aylıq və həftəlik planını hazırlamaq;
  • Marketinq və satış komandası ilə koordinasiyalı işləmək;
  • Mağazalardan daxil olan dizayn sifarişlərini sistemləşdirmək və icrasına nəzarət etmək;
  • Reklam materiallarının vaxtında və keyfiyyətlə hazırlanmasını təmin etmək;
  • Dizayn işlərinin nəticələrini təhlil etmək və yeni kreativ yanaşmalar təklif etmək;
  • Çap və reklam istehsalı ilə məşğul olan tərəfdaşlarla əməkdaşlıq etmək;
  • Hazırlanan bütün dizayn materiallarının brend standartlarına uyğunluğuna nəzarət etmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et