Sosial media və çəkilişlər üzrə əməkdaş
Broker.Az
Vakansiya məlumatları
- ONSITE
- UNKNOWN
- Azerbaijan
- Yoxlanılıb 2026-10-31
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Fəaliyyət sahəsi: Daşınmaz əmlak
Əmək haqqı: Maaş + bonus
Vakansiya haqqında məlumat
- Daşınmaz əmlak şirkətimizə sosial media və çəkilişlər üzrə xanım əməkdaş axtarılır.
- Vəzifə satış işi deyil. Əsas iş şirkətimizin təqdim etdiyi mənzil və layihələrin reklam çəkilişlərində kamera qarşısında iştirak etmək, sosial media hesablarının və əmlak elanlarının idarə olunmasına kömək etməkdən ibarətdir.
Əsas vəzifələr:
- Mənzil, bina və layihələrin reklam çəkilişlərində kamera qarşısında təqdimat etmək;
- Reklam çəkilişləri və sosial media paylaşımları üçün kreativ, maraqlı ideyalar irəli sürmək;
- Hazırlanmış video və digər kontentləri Instagram və digər sosial şəbəkələrdə paylaşmaq;
- Paylaşımlara gələn şərh və sorğulara ilkin cavab vermək, müraciətləri aidiyyəti şəxsə yönləndirmək;
- Əmlak saytlarında elanlar yerləşdirmək və mövcud elanları yeniləmək;
- Daxil olan müraciət və məlumatları sistemli şəkildə qeyd etmək;
- Rəhbərliyin işlə bağlı digər gündəlik tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Xanım namizəd;
- Yaş həddi: 20–40 yaş;
- Kamera qarşısında sərbəst və rahat olmaq;
- Səlis və aydın nitq;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Rus dilində sərbəst və səlis danışıq bacarığı mütləq tələbdir.
- İngilis dilində mətnləri oxumaq və sözləri düzgün tələffüz etmək bacarığı (sərbəst danışıq tələb olunmur);
- Kreativ düşüncə qabiliyyəti, təşəbbüskarlıq və yeni ideyalar təklif etmək bacarığı;
- Instagram, TikTok və digər sosial media platformalarındakı gündəlik trendləri izləmək və onları reklam kontentinə uyğunlaşdırmaq bacarığı;
- Sosial şəbəkələrdən sərbəst istifadə bacarığı;
- Məsuliyyətli, operativ və detallara diqqətli olmaq.
İş qrafiki:
- Həftədə 6 gün;
- İş saatları: 10:00–19:00;
- İşin gedişatından asılı olaraq bəzi günlər iş daha erkən yekunlaşa bilər.
Qeyd: Bu vakansiya əmlak agenti və ya satış meneceri vəzifəsi deyil. Əməkdaş müştərilərlə birbaşa satış danışıqları aparmayacaq. İngilis dili yalnız reklam mətnlərinin kamera qarşısında düzgün səsləndirilməsi üçün tələb olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
- Senior Resident Engineer at Cityofnewyork
- Project Engineer at Cityofnewyork
- Cybersecurity Engineer (Test & Evaluation) at Cityofnewyork
- Cybersecurity Engineer (Network Security) at Cityofnewyork
- İnfrastruktur Arxitekti at İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
- Senior Java Developer at İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi