Şəxsi (Ailə) Sürücüsü
JobSearch.az
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
İş yeri: Bakı
İş qrafiki: Dəyişkən və çevik iş qrafiki
Vəzifə haqqında
- Şirkət rəhbərinin və ailə üzvlərinin təhlükəsiz, rahat və vaxtında daşınmasını təmin etmək üçün təcrübəli, məsuliyyətli, diqqətli və etibarlı Şəxsi (Ailə) Sürücüsü axtarılır.
- Namizəd yüksək səviyyədə sürücülük bacarığına malik olmalı, yol hərəkəti qaydalarını mükəmməl bilməli, avtomobilə və sərnişinlərin təhlükəsizliyinə xüsusi diqqət yetirməlidir.
Əsas tələblər
- Minimum 5 il aktiv sürücülük təcrübəsi;
- Minimum 3–5 il rəhbər və/və ya ailə sürücüsü kimi iş təcrübəsi;
- Rəhbər şəxslərlə və ailə üzvləri ilə sürücü kimi işləmiş olmaq;
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək və qaydalara ciddi riayət etmək;
- Son model və premium avtomobilləri idarə etmək üzrə təcrübə;
- Müxtəlif marka və modellərdə avtomobil idarə etmək bacarığı;
- Şəhər daxilində və uzun məsafələrdə təhlükəsiz və komfortlu sürüş bacarığı;
- Avtomobilin texniki vəziyyətinə nəzarət etmək və vaxtında texniki xidmətə yönləndirmək bacarığı;
- Təmizkar, səliqəli və baxımlı olmaq;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Stressli və gözlənilməz situasiyalarda düzgün qərar vermək bacarığı;
- Məxfilik prinsipinə ciddi riayət etmək;
- Rəhbərin və ailə üzvlərinin şəxsi məlumatlarını və gündəlik fəaliyyətlərini məxfi saxlamaq;
- Dəyişən və çevik iş qrafiki ilə işləyə bilmək;
- İşə vaxtında gəlmək və verilən tapşırıqları dəqiq yerinə yetirmək;
- Sakit, nəzakətli və yüksək davranış mədəniyyətinə malik olmaq;
- Sürücülük vəsiqəsinin etibarlı olması və sürücülük tarixçəsinin qənaətbəxş olması.
Əsas vəzifələr
- Şirkət rəhbərinin və ailə üzvlərinin təhlükəsiz və komfortlu şəkildə daşınmasını təmin etmək;
- Təyin olunmuş marşrut üzrə vaxtında hərəkət etmək;
- Rəhbərin görüşləri, işgüzar səfərləri və şəxsi səfərləri zamanı nəqliyyat təminatını həyata keçirmək;
- Ailə üzvlərinin gündəlik nəqliyyat ehtiyaclarını təmin etmək;
- Avtomobili hər zaman təmiz, səliqəli və istifadəyə hazır vəziyyətdə saxlamaq;
- Avtomobilin texniki vəziyyətini mütəmadi olaraq yoxlamaq;
- Servis, texniki baxış, yuma və digər avtomobil xidmətlərinin vaxtında təşkilini təmin etmək;
- Yol şəraitini və alternativ marşrutları əvvəlcədən nəzərə almaq;
- Rəhbərin və ailə üzvlərinin təhlükəsizliyinə maksimum diqqət yetirmək;
- İş zamanı nəzakətli, sakit və peşəkar davranış nümayiş etdirmək;
- Verilən əlavə sürücü tapşırıqlarını vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Namizədə üstünlük veriləcək
- Rəhbər, sahibkar, yüksək vəzifəli şəxs və ya ailə üçün şəxsi sürücü kimi əvvəlki iş təcrübəsi;
- Premium və son model avtomobillərlə iş təcrübəsi;
- Uzunmüddətli və etibarlı iş tarixçəsi;
- Bakı şəhərinin küçə və yollarını yaxşı tanımaq;
- Avtomobilin texniki xüsusiyyətləri barədə yaxşı məlumatlı olmaq;
- Tövsiyə məktubu və ya əvvəlki işəgötürənlərdən müsbət rəy təqdim edə bilmək.
Şəxsi keyfiyyətlər
Axtardığımız namizəd:
- Etibarlı;
- Təmizkar;
- Məsuliyyətli;
- Diqqətli;
- Səbirli;
- İntizamlı;
- Nəzakətli;
- Məxfi məlumatları qorumağı bacaran;
- Stressə davamlı;
- Punktual olmalıdır.
Qeyd - İşin xüsusiyyətinə görə iş qrafiki əvvəlcədən müəyyən edilmiş standart saatlarla məhdudlaşmır və dəyişkən ola bilər. Namizəd bu iş rejiminə uyğunlaşmağa hazır olmalıdır.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Şəxsi Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV-də əvvəlki iş yerləri, xüsusilə rəhbər və ya ailə sürücüsü kimi iş təcrübəsi, idarə etdiyi avtomobil markaları və modelləri, eləcə də ümumi sürücülük təcrübəsi haqqında məlumatların qeyd olunması xahiş olunur.