Proqram təminatı üzrə dəstək mütəxəssisi

Ultra Technologies

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-06
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Sifarişçilərdən daxil olan sorğuları qəbul etmək və qeydiyyata almaq.
  • Sorğuları SLA tələblərinə uyğun L1 səviyyəsində emal etmək və cavablandırmaq.
  • Monitorinq sistemlərindən daxil olan alertlərin ilkin analizini həyata keçirmək.
  • Problemlərin diaqnostikası və həlli mümkün olmayan hallarda L2/L3 komandalarına eskalasiya etmək.
  • Sorğuları helpdesk / ticket sistemində düzgün sənədləşdirmək (Jira Service Management, Bitrix24 və digər alətlərdən istifadə).
  • Müştəri ilə yazılı və şifahi ünsiyyəti təmin etmək və düzgün yazışma etikası ilə işləmək.
  • Tez-tez rast gəlinən problemlər üzrə bilik bazasının formalaşdırılmasında iştirak etmək.
  • Dəstək xidməti göstərdiyimiz məhsullar üzrə operativ və keyfiyyətli cavab vermək.
  • SLA uyğun olaraq çoxsaylı tapşırıqlar arasında prioritetləri düzgün təyin etmək.

Tələblər:

  • İnformasiya texnologiyaları və ya uyğun sahə üzrə ali təhsil.
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
  • Ticket sistemi, Jira Service Management, Bitrix24, MS Office proqramları kimi alətlərlə işləmək bacarığı.
  • SLA tələblərinə uyğun işləmə bacarığı.
  • Dəstək xidməti göstərilən məhsullar üzrə operativ və keyfiyyətli cavab vermək bacarığı.
  • Komandada işləmə bacarığı və problemlərin həllində yaradıcı yanaşma.
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
  • Müştəri ilə düzgün ünsiyyət və yazışma etikası.
  • SLA və çoxsaylı tapşırıqlar arasında prioritetləri düzgün təyin etmək.
  • Rus və ya İngilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək.

İş şəraiti:

  • Həftəlik tam iş qrafiki – 09:00-18:00
  • Iş yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Şirkətin səhifəsində müraciət et