Call Center üzrə Operator

Europark MMC

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

“Europark MMC” müştəri təcrübəsinin yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı inkişafı məqsədilə Call Center üzrə Operator vəzifəsinə peşəkar namizədlərin müraciətini qəbul edir.

Əsas vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin şirkətin xidmət standartlarına uyğun şəkildə cavablandırılması
  • Sürücülərə xidmətlər barədə dolğun və dəqiq məlumatın təqdim edilməsi
  • Sürücü müraciət, təklif və şikayətlərinin sistem üzərindən qeydiyyatı və nəzarətdə saxlanılması
  • Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləyərək sorğuların operativ həllinin təmin edilməsi
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyət göstəricilərinin qorunması
  • Gündəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması

Namizədə dair tələblər:

  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı,rus dili biliyinin olması mütləqdir
  • Yüksək kommunikasiya və dinləmə bacarığı
  • Müştəriyönümlü yanaşma və etik davranış prinsiplərinə riayət
  • MS Office proqramlarında işləmə bacarığı
  • Komandada işləmək və operativ qərarvermə qabiliyyəti
  • Müvafiq sahədə  1-2 il iş təcrübəsi mütləqdir
  • Bəy namizədlərə üstünlük verilir

Təklif edirik:

  • Rəsmi əmək müqaviləsi
  • Əmək haqqı: 500-700 AZN 
  • İş qrafiki: Növbəli iş qrafiki
  • Peşəkar inkişaf və təlim proqramları
  • Stabil və korporativ iş mühiti

Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Call Center üzrə Operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Şirkətin səhifəsində müraciət et