Texniki Ofis Mühəndisi

GMC Consulting

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-06
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

İş mühiti və Vəzifə öhdəlikləri:

  • Məsləhətçi qurumda çalışacaq;
  • Forma 2 və Forma 3-lərin (hakedişlərin) yoxlanılması və təhlili;
  • İş həcmlərinin (BoQ) və layihə sənədlərinin yoxlanılması;
  • İşlərin gedişatına uyğun olaraq müvafiq cədvəllərin və yazışmaların aparılması;
  • İş regionlardadır — Qarabağ bölgəsində yerləşən layihələrdə həyata keçiriləcək.

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqədar texniki ixtisaslar üzrə);
  • İnşaat sektorunda texniki ofis mühəndisi kimi azı 3 il iş təcrübəsi;
  • MS Office (xüsusilə səviyyəli Excel) proqramlarını mükəmməl səviyyədə bilmək; AutoCAD proqram biliklərinə sahib olmaq böyük üstünlükdür;
  • Forma 2, Forma 3 sənədlərinin hazırlanması, yoxlanılması və smeta sənədləri ilə işləmə bacarığı;
  • Komandada işləmək bacarığı, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti.

Ümumi Şərtlər:

  • İş rejimi: Qrafikə uyğun (regionlarda rotasiya və ya tələb olunan rejim);
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma yolu ilə.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkətin səhifəsində müraciət et