Proqramçı Mütəxəssis (Mid - Level)
OBA marketlər şəbəkəsi
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-08
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Təsvir
- Mövcud ERP və digər daxili proqram təminatlarının davamlı inkişafını və təkmilləşdirilməsini təmin etmək;
- Biznes ehtiyaclarına uyğun yeni modulların və funksionallıqların hazırlanmasını həyata keçirmək;
- Proqram təminatında yaranan texniki xətaları araşdırmaq, səbəblərini müəyyənləşdirmək və aradan qaldırmaq;
- Biznes tələblərinə uyğun proqram həlləri hazırlamaq və tətbiq etmək;
- API-lərin hazırlanmasını, sistemlərarası inteqrasiyaların qurulmasını və mövcud inteqrasiyaların dəstəklənməsini təmin etmək;
- SQL sorğularını, saxlanılan prosedurları və digər verilənlər bazası obyektlərini hazırlamaq və optimallaşdırmaq;
- Mövcud proqram kodlarını təhlil etmək, performansını optimallaşdırmaq və kod keyfiyyətini artırmaq;
- Test və istehsal mühitlərində proqram təminatının düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
- Proqram təminatı üzrə texniki sənədləri hazırlamaq və yeniləmək;
- Biznes analitikləri, QA mütəxəssisləri və digər İT komandaları ilə əməkdaşlıq edərək layihələrin icrasını təmin etmək.
İş qrafiki: 5 günlük - 09:00-18:00
Tələblər
- Təhsil: Ali (Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və ya digər müvafiq ixtisaslar üzrə )
- Təcrübə: Minimum 2-3 il peşəkar iş təcrübəsi (Proqram təminatının hazırlanması və inkişafı sahəsində)
- Retail, FMCG və ya digər yüksək tranzaksiyalı biznes sistemləri ilə iş təcrübəsinin olması üstünlük hesab edilir;
- Backend proqramlaşdırma üzrə, xüsusilə C#/.NET texnologiyaları ilə işləmək üzrə güclü praktiki bilik və təcrübə;
- Relyasion verilənlər bazaları və SQL üzrə yüksək səviyyəli biliklər, xüsusilə MS SQL Server ilə işləmə təcrübəsi;
- REST API-lərin hazırlanması, inteqrasiyası və sistemlərarası məlumat mübadiləsinin təşkili üzrə praktiki təcrübə;
- Git, Azure DevOps və digər versiya idarəetmə, CI/CD və proqram təminatının çatdırılması alətləri ilə işləmə bacarığı;
- Veb və/və ya mobil tətbiqlərin arxitekturası, proqram təminatının strukturlaşdırılması və miqyaslandırılması üzrə anlayış;
- Yüksək əlçatanlıq və davamlılıq tələb edən kritik və canlı (production) sistemlərin hazırlanması, dəstəklənməsi və təkmilləşdirilməsi üzrə təcrübə;
- Sistem performansının, etibarlılığının və dayanıqlılığının təmin edilməsi üzrə anlayış və praktiki yanaşma;
- Texniki problemləri sistemli şəkildə təhlil etmək, effektiv həllər formalaşdırmaq və müxtəlif funksional komandalarla əməkdaşlıq etmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti
- Karyera Yükəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
- Silicon Validation Engineer (RDSS Intern) at NVIDIA
- Software Embedded Engineer, DOCA at NVIDIA
- Engineer - Geotechnical at Aecom2
- Digital Engineering Production Lead - Aviation at Aecom2
- Assistant Resident Engineer/ Senior Engineer – Civil at Aecom2
- Infrastructure Engineer -Dry Utilities at Aecom2