Tibbi Avadanlıqların Təmini üzrə Təchizatçı / Procurement Specialist
Medsol
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Səhiyyə sektorunda fəaliyyət göstərən komandamıza tibbi avadanlıqların satınalma və təchizat proseslərini idarə edə biləcək məsuliyyətli və analitik düşüncəli əməkdaş axtarırıq.
Ünvan - Bakı, Azərbaycan / Full-time
Əsas vəzifələr:
- Tibbi avadanlıq və sərf materialları üzrə təchizat prosesinin idarə olunması
- Yerli və xarici təchizatçılarla kommunikasiya və qiymət danışıqları
- Kommersiya təkliflərinin toplanması və müqayisəli analizlərin aparılması
- Satınalma sənədlərinin hazırlanması və sifarişlərin izlənilməsi
- Logistika və çatdırılma prosesinə nəzarət
- Bazar araşdırması və alternativ təchizatçıların müəyyən edilməsi
Tələblər:
- Təchizat / satınalma sahəsində təcrübə
- Tibbi avadanlıq sahəsində təcrübə mütləq
- İngilis,Rus dili biliyi (yazılı və şifahi)
- MS Office proqramlarında işləmə bacarığı
- Analitik düşüncə və güclü kommunikasiya bacarıqları
- Danışıqlar aparmaq və proses idarəetmə qabiliyyəti
Biz təklif edirik:
- Dinamik və peşəkar iş mühiti
- Karyera inkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Beynəlxalq tərəfdaşlarla işləmək imkanı
CV-lərinizi “Procurement Specialist” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.