Müştəri dəstəyi və təhlükəsizlik mütəxəssisi
PeakPin
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-01
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
PEAKPİN MMC — PeakPin mobil tətbiqinin sahibidir. PeakPin yaxınlıqdakı insanları, məkanları, kampaniyaları və tədbirləri xəritədə göstərən geolokasiya platformasıdır. Komandamıza istifadəçilərimizə və tərəfdaş məkanlarımıza peşəkar dəstək göstərəcək, platformada təhlükəsiz və keyfiyyətli mühiti qoruyacaq Müştəri dəstəyi və təhlükəsizlik mütəxəssisləri axtarırıq.
Qeyd - Xanım namizədlərin CV-lərinə baxılır
Vəzifə öhdəlikləri:
- İstifadəçi və məkan müraciətlərini (tətbiqdaxili, e-poçt və telefon vasitəsilə) operativ, nəzakətli və dəqiq cavablandırmaq;
- Məkan profillərini, kampaniyaları, tədbirləri, PinBox təkliflərini, foto və videoları daxili qaydalara uyğun yoxlamaq (moderasiya);
- İstifadəçi şikayətlərinə (təqib, təhqir, saxta profil, fırıldaqçılıq, uyğunsuz məzmun) 24 saat ərzində baxmaq və qərar vermək — xəbərdarlıq, məzmunun silinməsi, hesabın bloklanması;
- Şəxsiyyət təsdiqi müraciətlərini yoxlamaq, saxta hesab və məkanları aşkarlamaq;
- Bloklanmaya etirazlara baxmaq, hər qərarı daxili sistemdə əsaslandırmaqla qeyd etmək;
- Texniki xətaları qeydə alıb aidiyyəti komandaya yönləndirmək və həllini sona qədər izləmək;
- Ödəniş, tarif və abunə ilə bağlı biznes müraciətlərini Korporativ müştərilərə xidmət şöbəsinə ötürmək.
Tələblər:
- Azərbaycan dilində səlis, aydın və savadlı nitq (şifahi və yazılı);
- Rus və ya ingilis dili bilikləri böyük üstünlükdür, türk dili də arzuolunandır;
- Yüksək ünsiyyət bacarığı: dinləmək, empatiya qurmaq, təmkinli olmaq, konfliktləri müsbət həll etmək;
- Ədalətli və obyektiv qərar vermək bacarığı, məxfi məlumatla məsuliyyətli davranmaq;
- Mobil tətbiqlərdən və sosial şəbəkələrdən sərbəst istifadə, kompüter bilikləri;
- Dəqiqlik, məsuliyyət və detallara diqqət;
- Müştəri xidmətləri, çağrı mərkəzi, moderasiya və ya təhlükəsizlik sahəsində təcrübə üstünlükdür.
Təminatlar və iş şəraiti:
- Rəsmi əmək müqaviləsi və sosial sığorta;
- Əməkhaqqı: 700 AZN (başlanğıc);
- Gənc və dinamik startap kollektivi, karyera inkişafı üçün real imkan;
- İş qrafiki: həftədə 40 saat; növbəli qrafik (axşam və həftəsonu növbələri daxil olmaqla, bərabər bölüşdürülür);
- Ünvan: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
- Senior .NET Developer at Poland and Middle-Eastern Europe
- Java Developer (Hybrid | Kraków) at Poland and Middle-Eastern Europe
- Deploymentsmanager Lockers (APM) – Nederland at Inpost
- Deployment Engineer / Locker Installation Specialist at Inpost
- Software Engineer - Front End at Farfetch
- Senior Technical Solutions Engineer at Braze