Korporativ satış üzrə menecer

Melissa Group

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-17
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri

  • Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerlərdə məhsul çeşidliyi və qiymət təklifləri ilə bağlı təqdimatların keçirilməsi, yeni satış imkanlarının müəyyənləşdirilməsi və müştəri portfelinin genişləndirilməsi;
  • Müştərilərdən daxil olan sorğuların təhlili, tələblərə uyğun qiymət və kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Müştərilər, vendorlar və təchizatçılarla məhsul, qiymət, mövcudluq və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
  • Müqavilələrin hazırlanması və bağlanması prosesinin əlaqələndirilməsi, qiymətlərin razılaşdırılması protokollarının və təhvil-təslim sənədlərinin tərtib edilməsi;
  • Sifarişlərin qəbulundan təhvil verilməsinədək prosesin aidiyyəti bölmələrlə koordinasiyası və razılaşdırılmış şərtlərin icrasının izlənilməsi;
  • Satış və tender sənədlərinin sistemli uçotunun aparılması, görülən işlər və satış nəticələri barədə hesabatların hazırlanması.

Namizədə tələblər

  • Cinsi: Bəy namizəd
  • Ali təhsil — iqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya informasiya texnologiyaları üzrə təhsil üstünlük hesab olunur;
  • Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi, yeni müştərilərin cəlb edilməsi və satış hədəflərinin yerinə yetirilməsi üzrə nümayiş etdirilə bilən nəticələr;
  • B2B satış prosesini potensial müştərinin müəyyənləşdirilməsindən müqavilənin bağlanmasına və sifarişin icrasının izlənilməsinədək müstəqil idarə etmək bacarığı;
  • 1C proqramını yüksək səviyyədə bilmək;
  • Maya dəyəri, satış qiyməti, mənfəət marjası və endirimlərin maliyyə nəticələrini hesablamaq, kommersiya baxımından əsaslandırılmış təkliflər hazırlamaq bacarığı;
  • Müştəri portfelini sistemli idarə etmək, satış proqnozları hazırlamaq və fəaliyyət nəticələri barədə dəqiq hesabat təqdim etmək bacarığı;
  • Yüksək iş tempi və paralel sorğular şəraitində prioritetləri düzgün müəyyənləşdirmək, vaxt məhdudiyyətləri daxilində dəqiqliyi və iş keyfiyyətini qorumaq bacarığı;
  • Analitik düşüncə, kommersiya yönümlü yanaşma, təşəbbüskarlıq, məsuliyyətlilik və kommersiya məlumatlarının məxfiliyinə riayət etmək;
  • Rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı, həmçinin yerli korporativ bazarda formalaşmış müştəri portfeli və işgüzar əlaqələrin olması üstünlük hesab olunur.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: Tam iş günü, 5/2
  • Əmək haqqı: 700 AZN net sabit maaş + əlavə olaraq mənfəətə bağlı bonus (2000 AZN).

CV-nizi və portfolionuzu Korporativ satış üzrə meneceri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şirkətin səhifəsində müraciət et