SƏTƏM üzrə mühəndis

Capital Construction MMC

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılmasını təşkil etmək və nəzarətdə saxlamaq;
  • Tikinti sahələrində risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görmək;
  • İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq;
  • Subpodratçıların əməyin mühafizəsi tələblərinə əməl etməsinə nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi, ekologiya və tullantıların idarə olunması üzrə tədbirləri təşkil etmək;
  • Fərdi mühafizə vasitələrinin, təhlükəsizlik nişanlarının və aidiyyəti sənədlərin təminatına nəzarət etmək.

Namizədə tələblər:

  • Mühəndislik ixtisası üzrə ali təhsil;
  • Fövqəladə Hallar və həyat fəaliyyatinin təhlükəsizliyi mühəndisliyi ixtisasi üzrə Ali təhsil üstünlükdür;
  • Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə iş təcrübəsi;
  • Əmək qanunvericiliyi və HSE standartları üzrə biliklər;
  • Müvafiq sertifikatların olması üstünlükdür;
  • Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı, Nizami r., Mehdi Abbasov küç.,
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1200 AZN 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkətin səhifəsində müraciət et