İnsan Resursları üzrə Biznes Tərəfdaş

Shaurma N1

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin mövcud vakansiyaları üzrə namizədlərin axtarışını və seçim prosesini həyata keçirmək;
  • Müəssisənin işçi ehtiyacının müəyyən edilməsi, vakansiyalar üzrə elanların hazırlanması, işçi axtarışı ilə bağlı effektiv kanalların müəyyən edilməsi;
  • Müsahibələrin təşkili və həyata keçirilməsi, şirkətin korporativ dəyərlərinə uyğun namizədlərin işə qəbulunun icra edilməsi və nəticələrlə bağlı namizədlərin məlumatlandırılması;
  • Yeni işə qəbul olunan əməkdaşların adaptasiya proqramlarının idarəedilməsi;
  • İşdən azad prosesinin idarəedilməsi, işdən çıxış müsahibələrinin aparılması, nəticələrin hesabatlaşdırılması və mütəmadi yaxşılaşdırma həllərinin verilməsi;
  • Nizam-intizam proseslərinin idarəedilməsi,
  • Müəsissə üzrə işçi heyətinin təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • İş analizi proseslərinin aparılması və İR planlama modulu üzrə digər fəaliyyətlərin idarəedilməsi
  • İşçilərin fəaliyyət və səriştə qiymətləndirilməsi proseslərində iştirak edilməsi, qiymətləndirmə nəticələrinə uyğun inkişaf planlarının hazırlanması;
  • İR metrikləri üzrə fəaliyyətlərin tənzimlənməsi, müvafiq hesabatların təqdim edilməsi;
  • Müasir İnsan Resursları modullarını üzrə proseslərin icra edilməsi;

Əsas tələblər, ehtiyac olunan bilik və bacarıqlar:

  • Müasir İnsan Resursları üzrə biliklər;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • Analitik düşünmə qabiliyyəti;
  • Güclü kommunikasiya və təşkilati bacarıqlar;
  • Araşdırma və problem həlletmə qabiliyyəti;
  • MS Office proqramlarından istifadə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment, Psixologiya və ya İnsan Resursları sahələri üzrə);
  • İş təcrübəsi: Minimum 1 il (Restoran və ya Retail sahəsi üzrə təcrübə arzuolunandır)

İş şərtlərimiz:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatları: 09:00–18:00;
  • İş yeri: Bakı, Nərimanov ray., Aşıq Molla cümə (Office Centre)
  • Dinamik və peşəkar iş mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Karyera və inkişaf imkanları;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Biznes Tərəfdaş” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkətin səhifəsində müraciət et