Aparıcı/Baş Android mühəndisi

AFB Bank

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Rəqəmsal Bankçılıq sahəsi

İş şəraiti

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri.

Tələblər: 

  • Ali təhsil (İT, Biznes, Kompüter Elmləri və s.);
  • Kotlin proqramlaşdırma dili üzrə minimum 2 il praktiki təcrübə;
  • Jetpack Compose ilə işləmə təcrübəsi;
  • MVVM arxitekturası və layer bölgüsü prinsipləri barədə bilik;
  • REST API və JSON istifadə etməklə client-server tipli tətbiqlərin hazırlanması üzrə təcrübə (Retrofit / OkHttp);
  • Kotlin Coroutines və Flow ilə asinxron proseslərin idarə edilməsi bacarığı;
  • Dependency injection (Hilt və ya Dagger) ilə işləmə təcrübəsi;
  • Təqdim olunmuş dizaynların mobil tətbiqə düzgün şəkildə tətbiq edilməsi;
  • Gradle ilə işləmə təcrübəsi;
  • Git versiya idarəetmə sistemi ilə işləmə bacarığı;
  • Google Play Console ilə işləmə təcrübəsi;
  • Error tracking və crash monitorinq sistemləri ilə işləmə təcrübəsi (Firebase Crashlytics və s.);
  • Komanda ilə işləmək və kiçik təcrübəli əməkdaşlara dəstək göstərmək bacarığı;
  • Bank və ya fintex sahəsində iş təcrübəsi, CI/CD prosesləri ilə tanışlıq və Üçüncü tərəf SDK inteqrasiyaları üzrə təcrübə (ödəniş sistemləri, elektron imza, identifikasiya həlləri) üstünlük sayılır.

İşin təsviri:

  • Bankın Android mobil tətbiqinin yeni funksionallıqlarının hazırlanmasında iştirak etmək;
  • Mövcud mobil tətbiqin texniki dəstəyini və təkmilləşdirilməsini həyata keçirmək;
  • Mobil tətbiq üçün tələb olunan API və digər texniki həllərin hazırlanması prosesində digər proqramçılarla əməkdaşlıq etmək;
  • Mövcud tətbiqin kod strukturunu analiz etmək və zəruri dəyişiklikləri həyata keçirmək;
  • Tətbiqdə yaranan texniki problemləri müəyyənləşdirmək və aradan qaldırmaq;
  • Tətbiqin buraxılış prosesində və buraxılışdan sonrakı monitorinqində iştirak etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş Android mühəndisi” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et