Biznes Əlaqələri üzrə Koordinator
Caspian Energy Club
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-07
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Caspian Energy Club komandası Biznes Əlaqələri üzrə Koordinator axtarır.
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin və şirkətlərin aktiv şəkildə axtarılması, potensial şirkətlərin və qərarverici şəxslərin müəyyənləşdirilməsi və cəlb edilməsi
- Bazarın və müxtəlif sektorların araşdırılması, yeni şirkətlər bazasının formalaşdırılması və mütəmadi yenilənməsi
- Şirkət rəhbərləri və top-menecerlərlə əlaqələrin qurulması, görüşlərin planlaşdırılması, təşkili və keçirilməsi
- Şirkətlərə Caspian Energy Club-un üzvlüyünün, layihələrinin, tədbirlərinin və digər xidmətlərinin təqdim edilməsi
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
- Danışıqların aparılması, satış prosesinin koordinasiyası və satış planlarının yerinə yetirilməsi
- Yeni satış imkanlarının və biznes inkişafı üzrə ideyaların müəyyənləşdirilməsi və irəli sürülməsi
- Görüşlər, satışlar və görülən işlər üzrə mütəmadi hesabatların hazırlanması
- Caspian Energy Club-u görüşlərdə, forumlarda, sərgilərdə, biznes tədbirlərində və digər platformalarda təmsil etmək
- Rəhbərliyin tapşırıqlarının operativ və məsuliyyətli şəkildə icra olunması
Tələblər
- Yaş: 21–30
- Korporativ satış və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
- Azərbaycan dilində səlis danışıq və qrammatik yazı bacarığı — mütləqdir
- Rus və ya ingilis dillərini sərbəst danışıq səviyyəsində bilməsi və qrammatik yazı bacarığı üstünlükdür
- Şirkət rəhbərləri, top-menecerlər və qərarverici şəxslərlə ünsiyyət qurmaq bacarığı
- Güclü kommunikasiya, danışıqlar aparmaq, təqdimat və inandırma bacarığı
- Aktiv müştəri axtarışı, soyuq əlaqələr qurmaq və müştəri cəlb etmək bacarığı
- MS Office proqramları ilə işləmək bacarığı
- Məsuliyyətli, punktual, enerjili və nəticəyönümlü olmaq
- Stressə davamlı və intensiv iş rejiminə uyğunlaşa bilmək
- Komandada işləmək və rəhbərliyin tapşırıqlarını operativ icra etmək bacarığı
- Xarici və yerli biznes səfərlərində, forumlarda və tədbirlərdə iştirak etməyə hazır olmaq
- İşgüzar görünüş və peşəkar davranış
- Yeni biliklərə, inkişaf etməyə və karyera qurmağa yüksək motivasiya
Üstünlük veriləcək
- Hazır korporativ müştəri bazası olan namizədlərə
- B2B satış, biznes inkişafı, marketinq, reklam və media sahəsində təcrübəsi olanlara
- Şirkət rəhbərləri və top-menecerlərlə iş təcrübəsi olanlara
- Aktiv networking və biznes tədbirlərində, forumlarda iştirak təcrübəsi olanlara
- Yeni şirkətləri və tərəfdaşları müstəqil şəkildə tapıb cəlb edə bilən namizədlərə
Rəsmi qeydiyyat, əməkhaqqı və yüksək bonus
- İlk gündən rəsmi əmək müqaviləsi, maaşlar və bonuslar rəsmi maaş kartına ödənilir.
- Əməkhaqqı: 600–800 AZN
- Aylıq bonuslar: 1 500–4 500 AZN
- Nəticələrdən asılı olaraq ümumi gəlir daha yüksək ola bilər.
Maraqlı olan namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərib, mövzu hissəsində “Biznes əlaqələri üzrə koordinator” qeyd etməlidirlər.
Oxşar vakansiyalar
- Product Analyst - AI Platform at Mendix
- Full-Stack Developer – Monitoring Services at Veepee
- [Job-32157] MidLevel iOS Developer, Brazil at Ciandt
- [Job 32178] Developer .NET Sênior — Azure / Cosmos DB / APIs at Ciandt
- [Job 32174] QA Automation / Performance Engineer Sênior at Ciandt
- Student Assistant Optical Characterization & Photonics (m/f/d) at Westerndigital