Marketing Manager

Haus Luxury Interiors

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-03
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri

  • Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Brendin bazardakı mövqeyinin gücləndirilməsi və tanınma səviyyəsinin artırılması;
  • Sosial media platformalarının idarə olunması;
  • Sosial media üçün kontent strategiyasının  hazırlanması;
  • Meta Ads  reklam kampaniyalarının planlaşdırılması, idarə edilməsi və optimallaşdırılması;
  • Reklam büdcəsinin effektiv idarə olunması və kampaniya nəticələrinin təhlili;
  • Potensial müştərilərin cəlb edilməsi, müştəri müraciətlərinin və satış imkanlarının artırılması;
  • Hədəf auditoriyasının, bazar tendensiyalarının və rəqiblərin mütəmadi təhlili;
  • Yeni kolleksiyaların, məhsulların və kampaniyaların təqdimatı üçün marketinq strategiyalarının hazırlanması;
  • Foto və video çəkilişlərin, eləcə də digər kreativ layihələrin təşkili

Namizədə tələblər

  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq və sosial media idarəçiliyi üzrə bilik və təcrübə;
  • Meta Ads Manager və Google Ads platformalarında praktiki iş təcrübəsi;
  • Google Analytics və digər analitik alətlərdən istifadə bacarığı;
  • Analitik düşünmə, kreativ yanaşma və nəticəyönümlülük;
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et