Xaricdə təhsil mütəxəssisi

Mixpromax MMC

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-26
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

MixPro komandası böyüyür!

Xaricdə təhsil sahəsində təcrübəniz varsa, xüsusilə Avropa ölkələrində universitetə qəbul proseslərinə və tələbə müraciətlərinə hakimsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Tələbələrin Avropa ölkələrində universitetlərə qəbul prosesinin idarə olunması;
  • Universitet və təhsil müəssisələri ilə yazışmaların və əlaqələrin aparılması;
  • Tələbələrə ixtisas, universitet və ölkə seçimi üzrə konsultasiya verilməsi;
  • Qəbul şərtləri, sənədlər, deadline-lar və müraciət prosedurlarının izlənilməsi;
  • Universitetlərə müraciətlərin hazırlanması və təqdim edilməsi;
  • Offer letter, admission və digər qəbul sənədləri ilə iş;
  • Tələbələrin müraciət prosesinin ilkin mərhələdən qəbuladək koordinasiyası;
  • Avropa universitetləri və qəbul tələbləri üzrə araşdırmaların aparılması;
  • Mövcud tərəfdaş universitetlərlə işin koordinasiyası və yeni universitetlərin araşdırılması;
  • Tələbə bazasının və müraciət statuslarının mütəmadi yenilənməsi.

​​​​​​​Namizədə tələblər:

  • Xaricdə təhsil sahəsində praktiki iş təcrübəsi;
  • Xüsusilə Avropa ölkələrində bakalavr və magistr qəbul prosesləri haqqında yaxşı bilik;
  • Universitetlərin qəbul tələbləri, sənədləşmə və müraciət prosedurlarını bilməsi;
  • Tələbə müraciətlərini müstəqil şəkildə idarə edə bilmək;
  • Universitetlərlə peşəkar yazışma və kommunikasiya bacarığı;
  • İngilis dili – yaxşı səviyyədə (yazılı və şifahi);
  • MS Office və onlayn platformalarla işləmək bacarığı;
  • Məsuliyyətli, sistemli və detallara diqqətli olmaq;
  • Tələbə ilə düzgün kommunikasiya qurmaq və prosesin idarə edilməsinə nəzarət etmək.

​​​​​​​​​​​​​​Üstünlük hesab olunur:

  • Avropa universitetləri ilə birbaşa iş təcrübəsi;
  • UCAS və ya digər Avropa universitet müraciət platformaları ilə tanışlıq;
  • Avropa ölkələri üzrə qəbul proseslərində praktiki təcrübə;
  • Bir neçə ölkə və təhsil sistemi üzrə işləmə təcrübəsi.

​​​​​​​Biz təklif edirik:

  • Peşəkar və inkişaf yönümlü iş mühiti;
  • Xarici universitetlərlə birbaşa əməkdaşlıq imkanları;
  • Karyera və peşəkar inkişaf perspektivi;
  • Əmək haqqı və digər şərtlər müsahibə əsasında müəyyən edilir.

CV-lərinizi mövzu hissəsində “Xaricdə Təhsil Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et