Financial Analyst / FP&A Specialist
Alliance Tax & Finance
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-02
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Alliance Tax & Finance enerji sektorunda fəaliyyət göstərən müştərimiz üzrə mövcud maliyyə modelinin idarə edilməsi, təkmilləşdirilməsi və uzunmüddətli maliyyə planlaşdırılması üçün Financial Analyst / FP&A Specialist axtarır.
Layihə uzunmüddətli fəaliyyət dövrü üçün nəzərdə tutulduğundan namizəd yalnız aylıq büdcə və forecast deyil, uzunmüddətli investisiya və pul axını modelləri ilə də işləyə bilməlidir.
İş şəraiti
- Layihə - Green Karabakh Energy MMC
- İş yeri - Bakı
- İş rejimi - Yarım ştat
- Əmək haqqı 1500-2000 AZN güclü namizəd üçün müzakirə oluna bilər)
Əsas vəzifələr
- Mövcud maliyyə və büdcə modelinin davam etdirilməsi və təkmilləşdirilməsi;
- Aylıq faktiki maliyyə nəticələrinin büdcə modelinə daxil edilməsi;
- Budget vs Actual analizlərinin hazırlanması;
- Rolling Forecast / Revised Forecast hazırlanması;
- Aylıq və uzunmüddətli Cash Flow Forecast hazırlanması və yenilənməsi;
- CAPEX və OPEX büdcələrinin təhlili və izlənilməsi;
- Faktiki və proqnoz göstəricilər arasındakı fərqlərin təhlili;
- Kreditlərin əsas borc və faiz ödənişlərinin maliyyə modelində izlənilməsi;
- Subsidiya və digər maliyyələşmə mənbələrinin modelə daxil edilməsi;
- Gələcək dövrlərdə yarana biləcək Cash Gap və əlavə maliyyələşmə ehtiyacının müəyyən edilməsi;
- Yeni investisiya və əlavə xərclərin maliyyə nəticələrinə təsirinin hesablanması;
- Uzunmüddətli investisiya və reinvestisiya ehtiyaclarının modelləşdirilməsi;
- Müxtəlif maliyyə ssenarilərinin hazırlanması;
- Payback Period, NPV və IRR hesablamalarının aparılması;
- Rəhbərlik üçün aylıq maliyyə analitik və management report-ların hazırlanması;
- Mövcud Excel maliyyə modelində formul və əlaqələrin optimallaşdırılması və avtomatlaşdırılması.
Namizədə tələblər
- Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
- Financial Analysis, FP&A, Corporate Finance və ya oxşar sahədə minimum 3-5 il iş təcrübəsi;
- Güclü Financial Modeling bacarığı;
- Advanced Excel biliyi;
- P&L, Balance Sheet və Cash Flow Statement üzrə yaxşı anlayış;
- Budgeting və Forecasting üzrə praktiki təcrübə;
- CAPEX və OPEX analizini aparmaq bacarığı;
- Kredit və faiz ödənişlərinin modelləşdirilməsi üzrə bilik;
- NPV, IRR və Payback Period anlayışları;
- Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;
- Detallara diqqət və yüksək məsuliyyət.
Üstünlük veriləcək
- Enerji və ya infrastruktur layihələrində iş təcrübəsi;
- Project Finance üzrə təcrübə;
- IFRS biliyi;
- Power BI biliyi (üstünlükdür, lakin tələb deyil);
- ACCA, CFA və ya digər peşəkar sertifikatlar.
Bizim üçün əsas meyar
- Namizəd hazır və bir neçə əlaqəli cədvəldən ibarət maliyyə modelini qəbul edib onun strukturunu başa düşməli, formul və əlaqələri qoruyaraq modeli inkişaf etdirməli, faktiki nəticələr əsasında qısamüddətli və uzunmüddətli maliyyə proqnozları hazırlaya bilməlidir.
- Seçim mərhələsində namizədlərə praktiki Financial Modeling / Excel tapşırığı təqdim edilə bilər.
Müraciət etmək istəyən namizədlər CV-lərini “Financial Analyst / FP&A Specialist” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
- Apprenti(e) Contrôleur(euse) de Gestion H/F/N at Boschgroup
- Controller in Customer Team at Boschgroup
- Cost Controller (Xərclərə Nəzarət üzrə Mütəxəssis) at Almep Engineering Group
- Credit Controller Curricular Internship at Boschgroup
- Controllership Accountant at Deloitte6
- Financial Accountant at Deloitte6