İnzibati təsərrüfat müdiri

Rifah Group

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Geniş mağazalar şəbəkəsinə malik, mebel və elektronika sahəsində qabaqcıl şirkətimizə, baş ofis, anbar və mövcud mağazaların inzibati-təsərrüfat işlərini peşəkar səviyyədə idarə edəcək, dinamik və məsuliyyətli İnzibati təsərrüfat müdiri axtarırıq.

Əsas Öhdəliklər və Vəzifə Funksiyaları:

  • Mağazaların, anbarların və baş ofisin texniki vəziyyətinə (işıqlandırma, havalandırma, isitmə/soyutma, su-kanalizasiya sistemləri və s.) nəzarət etmək və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılmasını təmin etmək.
  • Yeni açılacaq mağazaların təmir-tikinti, dizayn və quraşdırma işlərini koordinasiya etmək; cari təmir işlərinə rəhbərlik etmək.
  • Təsərrüfat materiallarının (ofis ləvazimatları, təmizlik vasitələri, inventarlar) ehtiyacını müəyyən etmək, sifarişini vermək və paylanmasını idarə etmək.
  • Müvafiq xidmət göstərən üçüncü tərəflərlə (texniki xidmət şirkətləri) müqavilələrin bağlanması, şərtlərinə riayət olunması və işin keyfiyyətinə nəzarət.
  • Şirkətin əsas vəsaitlərinin və inventarlarının qeydiyyatını aparmaq, qorunmasını təmin etmək və dövri inventarizasiyada iştirak etmək.
  • İnzibati-təsərrüfat şöbəsinin işçilərinin (sürücülər, texniki işçilər,anbardarlar, fəhlələr, təmizlik personalı və b.) iş qrafiklərini tərtib etmək və fəaliyyətlərini yönləndirmək.
  • Obyektlərdə yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.

Tələblər:

  • Təhsil: Ali və ya orta-ixtisas təhsili (Texniki və ya İdarəetmə sahəsi arzuolunandır).
  • İş təcrübəsi: Mağazalar şəbəkəsi, retail (pərakəndə satış) və ya böyük biznes mərkəzlərində inzibati-təsərrüfat sahəsində idarəetmə təcrübəsi.
  • Texniki biliklər: Binaların mühəndis-kommunikasiya sistemləri və təmir işləri barədə anlayış.
  • Şəxsi keyfiyyətlər: Yüksək təşkilatçılıq və problem həlletmə bacarığı, stressə davamlılıq, komandada işləmək və idarəetmə qabiliyyəti.
  • Sürücülük vəsiqəsi: B kateqoriyası (olması üstünlükdür, çünki mağazalar arası hərəkət tələb oluna bilər).

İş Şəraitimiz:

  • İş qrafiki: 6 günlük iş həftəsi.
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq.
  • Karyera imkanları: Böyüyən və inkişaf edən şirkətdə peşəkar artım perspektivi.
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
  • İş yeri: Yasamal r/n, İnşaatçılar m/s, 3 Tac binası

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Şirkətin səhifəsində müraciət et