Satış üzrə mütəxəssis
İKMA Azərbaycan
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-24
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Vəzifənin məqsədi
- Müştəri münasibətlərini proaktiv idarə etmək, mövcud və yeni müştərilərdən gələn imkanları inkişaf etdirmək və sövdələşmələri peşəkar şəkildə bağlamaq. Məqsəd şirkətin sifariş portfelini və gəlirliliyini maksimuma çatdırmaqdır.
Müştəri münasibətlərinin idarə edilməsi
- Developer, baş podratçı, memarlıq və layihə institutları ilə yeni əlaqələr qurmaq və mövcud münasibətləri inkişaf etdirmək
- Məsul olduğu bazar seqmentində şirkətin mövqeyini gücləndirmək
- Qərarvermə səviyyəsində görüşlər, təqdimatlar və obyekt ziyarətləri təşkil edib aparmaq
- Komanda üçün potensial müştəri və satış imkanları yaratmaq, o cümlədən cross-selling
- Komanda ilə birlikdə müştəri məmnuniyyətini təmin etmək və şikayətləri həll etmək
- Müştəri və əlaqə məlumatlarını CRM sistemində aktual saxlamaq
Satış
- Satış büdcəsinə və qiymət hədəflərinə uyğun olaraq potensial müştəri, imkan, sifariş və müqavilələrə görə məsuliyyət daşımaq
- Kommersiya təklifləri hazırlamaq, tenderlərdə iştirak etmək, danışıqlar aparmaq və müqavilələri bağlamaq
- Müştəri sifarişinin danışıqlarda razılaşdırılan şərtlərə, o cümlədən keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq
- Layihəni quraşdırma, texniki xidmət və mühəndislik komandalarına tam və dəqiq məlumatla təhvil vermək
- Satış imkanları, tapşırıqlar və görüşlər barədə vaxtında və dəqiq hesabat vermək
- Debitor borclarının yığılmasında maliyyə şöbəsinə dəstək olmaq
Tələblər
- Tikinti sahəsində ən azı 3 il B2B satış və ya biznesin inkişafı təcrübəsi
- Developer, podratçı və layihə institutlarında güclü və aktiv əlaqələr şəbəkəsi
- Rus və ingilis dillərini sərbəst bilmək (şifahi və yazılı)
- Təqdimat, danışıq, sövdələşmə bağlama və tender proseslərində təcrübə
- Müqavilə və maliyyə şərtləri üzrə əsas biliklər
- MS Office və CRM sistemləri ilə işləmək bacarığı
- Ali təhsil
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
- Software Engineer, AI Platform at Ambrook
- Summer Internship - Software Development at Capital Technology Group
- Field Service Engineer at Intuitive
- Senior Regulatory Affairs Specialist – Cardiac Surgery at Intuitive
- Clinical Applications Engineer at Intuitive
- Clinical Applications Engineer at Intuitive