İnsan Resursları Mütəxəssisi (Əməliyyatlar üzrə)
ModulX
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-19
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Əsas öhdəliklər:
- İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun təşkili;
- Vakansiya elanlarının hazırlanması və paylaşılması;
- Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;
- Yeni işçilərin işə qəbul və adaptasiya prosesinin təşkili, tələb olunan sənədlərin hazırlanması və oriyentasiya proqramının həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
- İşə qəbul, vəzifə, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsi;
- İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
- ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə işlənilməsi, aktuallığına və məxfiliyinə nəzarəti;
- Tabellərin doldurulması və əmrlərin hazırlanması;
- Məzuniyyət cədvəllərinin tərtibi və məzuniyyətlərin verilməsinə nəzarət;
- Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
- İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.
- İşçilərin İR-la bağlı suallarına cavab verilməsi və problemlərin vaxtında həlli
Tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
- HR proseslərinin təkmilləşdirilməsi üzrə biliklər;
- MS Office və yaxşı səviyyədə Exceldə işləmək baqcarığı;
- Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
- Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
- Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
- Tabellərlə işləmə bacarığı;
- Məzuniyyət və icazələrin verilməsi, işçilərin gediş-gəliş saatlarının nəzarətində təcrübə;
- Əmək haqlarının hesablanması və ödənilməsi prosesləri ilə bağlı təcrübə (üstünlükdür)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
- Senior Project Scheduler at Steerbridge
- Image Migration Coordinator at Steerbridge
- Principal Technical Program Manager at A Place For Mom
- Multi-Site Reception Manager at Accorhotel
- Server - In Room Dining at Accorhotel
- CONTROLEUR FINANCIER ADJOINT (H/F/X) at Accorhotel