Alman dili müəllimi — rus dilli (Junior, A1–A2)

Knight Academy

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-11
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Rus dilində sərbəst danışan alman dili müəllimi axtarırıq — tələbələrimizin bir hissəsi rusdillidir, izahları rus dilində verə bilməlisiniz.

Knight Academy Bakıda premium standartlı dil akademiyasıdır: İngilis dili, IELTS, Alman dili və xaricdə təhsil. Alman dili proqramımız böyüyür və təcrübəli alman dili müəllimimizin komandasına A1–A2 qruplarını aparacaq junior alman dili müəllimi axtarırıq.

Vəzifə öhdəlikləri

  • A1–A2 səviyyəli alman dili qruplarında dərslərin keçirilməsi
  • Akademiyanın tədris proqramı və hazır rəqəmsal materialları ilə işləmək — baş müəllimin metodiki rəhbərliyi ilə
  • Dərslərə hazırlıq, tələbə irəliləyişinin və davamiyyətin qeydə alınması
  • Akademiyanın dərs standartlarına əməl etmək: dəqiqlik, nizam-intizam, peşəkar görünüş

Tələblər

  • Alman dili: minimum B1. Goethe / telc / ÖSD sertifikatı üstünlükdür; sertifikatı olmayan namizədlər müsahibədə səviyyə testi və canlı danışıq yoxlamasından keçəcək
  • Rus dili: sərbəst ünsiyyət — dərsləri rusdilli tələbələrə də izah edə bilmək
  • Başlanğıc səviyyəli tələbələrə səbirli və aydın izah bacarığı
  • Dərslər əyani keçirilir — Xətaidə, metro yanında. Yalnız onlayn işləmək istəyən namizədlər uyğun deyil
  • Hazırda başqa yerdə işləyən namizədlər bu vəzifəyə uyğun deyil
  • Dəqiqlik, məsuliyyət və uzunmüddətli əməkdaşlıq niyyəti
  • İki həftə ərzində işə başlaya bilmək
  • Yaş həddi: 35 yaşadək

Üstünlük sayılır

  • Alman dili tədrisi təcrübəsi (kurs mərkəzi, məktəb və ya universitet)
  • İngilis dili bilmək

Biz nə təklif edirik

  • Təcrübəli müəllimdən daxili təlim və metodiki dəstək
  • Tələbə cəlbi və inzibati işlər akademiyanın üzərindədir — siz tədrisə fokuslanırsınız

CV-nizi (istəsəniz, müşayiət məktubu ilə birlikdə) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzusunda vəzifənin adını qeyd edin: Alman dili müəllimi — rus dilli (Junior, A1–A2). Məktubda rus və alman dili səviyyənizi mütləq qeyd edin.

Şirkətin səhifəsində müraciət et