Satış Təmsilçisi
Azera Holding
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
“KATAN Textile” komandası məhsullarımızın satışının inkişafında və müştəri portfelinin genişləndirilməsində aktiv rol oynayacaq Satış Təmsilçisi axtarılır.
Əsas vəzifə öhdəlikləri
- Təhkim olunmuş satış ərazisi üzrə mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və yeni müştərilərin cəlb edilməsi;
- Təsdiq edilmiş marşrut və ziyarət planına uyğun olaraq müştərilərə mütəmadi səfərlərin həyata keçirilməsi, görüş və sifarişlərin sistemli şəkildə qeydiyyata alınması;
- KATAN Textile məhsullarının çeşidi, xüsusiyyətləri və satış şərtləri barədə müştərilərə ətraflı məlumat verilməsi və sifarişlərin formalaşdırılması;
- Təsdiq edilmiş satış planı və fərdi hədəflər üzrə gündəlik fəaliyyətin planlaşdırılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Satış nöqtələrində məhsulların mövcudluğu, düzgün nümayişi və qiymət məlumatlarının monitorinqi;
- Müştəri sifarişlərinin, çatdırılma tələblərinin və iradların aidiyyəti struktur bölmələrə vaxtında ötürülməsi və icra vəziyyətinin izlənilməsi;
- Müştərilər üzrə debitor borclarının izlənilməsi və ödənişlərin vaxtında həyata keçirilməsi üçün müvafiq kommunikasiya;
- Bazar, rəqiblər, qiymətlər və müştəri tələbatı barədə məlumatların toplanılması, yeni satış imkanları üzrə təkliflərin hazırlanması;
- Gündəlik ziyarət, yeni müştəri, sifariş və satış nəticələri üzrə hesabatların hazırlanması.
Vəzifəyə dair tələblər
- Orta ixtisas və ya ali təhsil;
- Satış sahəsində iş təcrübəsi üstünlükdür;
- B kateqoriyalı qüvvədə olan sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması vacibdir;
- Şəxsi avtomobildən gündəlik işgüzar səfərlərdə istifadə etmək imkanı;
- Sahə satışları, müştəri münasibətlərinin idarə edilməsi və danışıqların aparılması üzrə bacarıqlar;
- Satış marşrutlarının planlaşdırılması, mobil tətbiqlər və sadə hesabat sistemlərindən istifadə bacarığı;
- MS Office və rəqəmsal satış alətləri ilə işləmək bacarığı üstünlükdür.
- Şəxsi keyfiyyətlər
- Güclü kommunikasiya bacarığı;
- Müştəriyönümlülük;
- Nəticəyönümlülük və satış hədəflərinə fokuslanma;
- Məsuliyyətlilik və intizam;
- Təşəbbüskarlıq və çeviklik;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş yeri: Təhkim olunmuş satış ərazisi və şirkət tərəfindən müəyyən edilən iş məkanları rut üzrə satışı icrasını təmin etmək.
- Əmək haqqı: 700 Azn
KATAN Textile komandasında yer almaq və satış sahəsində peşəkar inkişaf imkanlarından yararlanmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməklə müraciət edə bilərsiniz