Marketinq Kommunikasiyaları üzrə kiçik mütəxəssis

Az - Granata LLC

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifəyə aid öhdəliklər:

  • Brend və məhsul kampaniyalarının kommunikasiya planlarını hazırlamaq və icrasını koordinasiya etmək;
  • Reklam materiallarının, POSM-ların, təqdimatların, korporativ və promo məzmunların hazırlanmasını idarə etmək;
  • Dizayn, istehsal və reklam agentlikləri ilə əməkdaşlıq etmək, layihələrin vaxtında və keyfiyyətli icrasını təmin etmək;
  • Sosial media və rəqəmsal kommunikasiya fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
  • Tədbirlər, sərgilər, məhsul təqdimatları və promosiya layihələrinin kommunikasiya hissəsini koordinasiya etmək;
  • Brend kitabçasına (Brand Book) uyğunluğa nəzarət etmək;
  • Marketinq fəaliyyətlərinin nəticələrini təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
  • Satış komandası ilə koordinasiyalı işləyərək marketinq dəstək materiallarının hazırlanmasını təmin etmək.

Namizədə tələblər:

  • Marketinq, Kommunikasiya, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • FMCG sektorunda və ya marketinq kommunikasiyaları sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili biliyi üstünlükdür;
  • Kreativ düşüncə və yüksək təşkilatçılıq bacarığı;
  • MS Office proqramlarında istifadəçi qismində sərbəst işləmək bacarığı;
  • Reklam istehsalı, çap məhsulları və marketinq materialları üzrə biliklər üstünlük hesab edilir.

Biz təklif edirik:

  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı imkanları;
  • Korporativ təlim və inkişaf proqramlarında iştirak;

İş şəraiti:

  • Həftə içi 5 günlük iş qrafiki;
  • İş qrafiki: 09:00 – 18:00; 
  • Əmək haqqı: 500 – 600 Azn aralığındadır;

Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "Marketinq Kommunikasiyaları üzrə kiçik mütəxəssis" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

Şirkətin səhifəsində müraciət et