SMM & Account Manager

Arash Company

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-06
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Arash Company komandası üçün sosial media layihələrinin idarə olunmasını, müştəri hesabları ilə işin koordinasiyasını və rəqəmsal marketinq fəaliyyətlərinin effektiv icrasını təmin edəcək SMM & Account Manager axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Sosial media hesablarının idarə olunması və kontent strategiyasının icrası;
  • Müştərilərlə gündəlik kommunikasiyanın qurulması və sorğuların idarə edilməsi;
  • Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun marketinq həllərinin təklif olunması;
  • Foto və video çəkilişlərin, dizayn və kreativ işlərin təşkili;
  • SMM layihələrinin vaxtında və keyfiyyətlə icrasına nəzarət;
  • Aylıq hesabatların hazırlanması və təqdim edilməsi;
  • Komanda üzvləri və digər şöbələrlə iş prosesinin koordinasiyası.

Namizədə tələblər:

  • Marketinq, biznesin idarə olunması və ya digər müvafiq sahədə ali təhsil;
  • SMM və ya Account Management sahəsində minimum 1 il iş təcrübəsi;
  • Sosial media platformaları və rəqəmsal marketinq alətləri üzrə biliklər;
  • Müştərilərlə kommunikasiya və münasibətlərin idarə olunması bacarığı;
  • Meta Business Suite və reklam alətləri üzrə biliklər;
  • Təşkilatçılıq, təqdimat və problem həll etmə bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərində ünsiyyət bacarığı;

İş şəraiti:

  • Bakı şəhəri;
  • Həftənin 5 günü, 09:00–18:00;
  • Rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “SMM & Account Manager” qeyd etməklə göndərə bilərsiniz.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et