Marketinq üzrə Koordinator
Leomedia
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-31
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Namizəd birbaşa Marketinq Direktoru ilə çalışacaq, partnyor şirkətlər ilə gündəlik marketinq kommunikasiyasını, reklam kampaniyalarını və müxtəlif layihələrin koordinasiyasını həyata keçirəcək.
Vəzifə öhdəlikləri
- Partnyor şirkətlər ilə gündəlik kommunikasiya və əməkdaşlığın qurulması;
- Reklam kampaniyalarının, aksiyaların və tədbirlərin təşkilində iştirak;
- Sosial media üçün kontentlərin hazırlanmasına və planlaşdırılmasına dəstək;
- Şirkətlər ilə endirim və xüsusi təklif kampaniyalarının koordinasiyası;
- Təqdimatların, hesabatların və marketinq materiallarının hazırlanması;
- Marketinq layihələri üzrə tapşırıqların icrası, izlənilməsi və nəticələrin hesabatlandırılması;
- Marketinq komandası, şirkətlər və digər tərəfdaşlar arasında effektiv koordinasiyanın təmin edilməsi.
Namizədə tələblər
- Marketinq, SMM, layihələrin koordinasiyası və ya müştərilərlə iş sahəsində təcrübə üstünlükdür;
- Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı;
- Eyni zamanda bir neçə layihə və tapşırığı idarə etmək bacarığı;
- Instagram və digər sosial media platformaları haqqında biliklər;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;
- İngilis dili biliyi üstünlükdür;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Məsuliyyətli, operativ, kreativ və təşəbbüskar olmaq;
- Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək bacarığı.
İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: 5 günlük (09:00-18:00)
- Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini “Marketinq üzrə Koordinator” mövzusu ilə elanda “Müraciət et” bölməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
- Systems Engineer II – Systems at Voyager Technologies, Inc.
- 1C operator at Ineo Group
- Videoqraf at Azera Holding
- SƏTTƏM və Keyfiyyət üzrə mühəndis (Gəncə-Daşkəsən) at Sgs
- Junior Project Assistant at LV Logistics MMC
- ML / LLM Engineer at Professional İT MMC