Logistika üzrə mütəxəssis

Mobil Group

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq yüklərin hava, dəniz və avtomobil nəqliyyatı ilə daşınmasını koordinasiya etmək
  • İdxal və ixrac yüklərinin daşınma prosesinin idarə olunması
  • Gömrük rəsmiləşdirilməsi prosesinin izlənilməsi və koordinasiyası
  • Daşıma və gömrük sənədlərinin hazırlanması və yoxlanılması
  • Xarici və yerli tərəfdaşlarla, daşıyıcı şirkətlərlə və brokerlərlə əlaqələrin idarə olunması
  • Yüklərin hərəkətinin gündəlik monitorinqi və çatdırılma müddətlərinə nəzarət
  • Daşıma qiymətlərinin araşdırılması, təkliflərin alınması və müqayisə edilməsi
  • Logistika xərclərinin optimallaşdırılması
  • İdxal sənədlərini hazırlamaq və yoxlamaq: Commercial Invoice, Packing List, COO, EX1, T1, CMR, B/L, AWB, sertifikatlar və icazələr
  • Logistika prosesləri üzrə hesabatların hazırlanması
  • Daşıma zamanı yaranan operativ problemlərin həlli və proseslərin koordinasiyası

Tələblər:

  • Logistika, təchizat zənciri, nəqliyyat və ya uyğun sahə üzrə ali təhsil
  • Logistika sahəsində 1–3 il iş təcrübəsi
  • Beynəlxalq daşımalar və gömrük prosesləri üzrə praktiki bilik
  • Beynəlxalq daşıma yerli və xarici agentləri portfeli
  • MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı
  • Azərbaycan dilində səlis danışıq
  • İngilis dili – C1
  • Analitik düşüncə və operativ qərarvermə bacarığı
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı

​​​​​​​​​​​​​​Üstünlük hesab olunur:

  • Peşəkar logistika sertifikatının olması üstünlükdür
  • Rus dili – B1/B2

Biz nə təklif edirik:

  • Əmək haqqı: 1000–1500 AZN + KPI
  • Peşəkar və karyera inkişafı imkanı
  • Stabil və inkişaf yönümlü iş mühiti
  • Peşəkar komanda ilə işləmək imkanı

Ünvan: Əhməd Rəcəbli küçəsi 27B

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkətin səhifəsində müraciət et