Texnik
Omnitech
Vakansiya məlumatları
- REMOTE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-13
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
İş şəraiti
- Şəhər: Bakı
- İş ünvanı: Əhməd Rəcəbli küçəsi 2/26
- İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00
İş barədə məlumat
- Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) işə hazırlanması və ilkin sazlanmasının həyata keçirilməsi;
- Kassa aparatlarına proqram təminatının (firmware) yazılması və yenilənməsi;
- Kassa aparatlarının quraşdırılması və istifadəyə hazır vəziyyətə gətirilməsi;
- Printerlərin və digər əlavə avadanlıqların qoşulması və sazlanması;
- Müştərilərə kassa aparatlarının istifadəsi ilə bağlı təlimatların verilməsi və praktiki təlimlərin keçirilməsi;
- Texniki və proqram təminatı ilə bağlı müraciətlərin cavablandırılması;
- Telefon və uzaqdan qoşulma vasitəsilə texniki dəstəyin göstərilməsi;
- Zərurət yarandıqda müştəri ünvanlarında quraşdırma və sazlama işlərinin həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi.
Namizədə tələblər
- Kompüterlə sərbəst işləmək bacarığı;
- Windows və Android əməliyyat sistemləri haqqında ilkin biliklər;
- Proqram təminatının quraşdırılması və sazlanması üzrə əsas biliklər;
- Texniki avadanlıqlarla işləməyə maraq;
- Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı;
- Yeni bilikləri tez mənimsəmək və öyrənməyə həvəsli olmaq;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Azərbaycan dilində sərbəst, rus dilində isə yaxşı səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür, lakin mütləq tələb deyil.
- Yaş tələbi: 19–30 yaş.
Təklif edirik
- Əməkhaqqı müsahibə zamanı müəyyən edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Texniki bilik və bacarıqların artırılması üçün öyrənmə və inkişaf imkanı.
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. E-mail-in mövzu hissəsində “Texnik” qeyd olunmalıdır.
Telefon: (012) 310-17-11
Oxşar vakansiyalar
- AI Software Engineer at Snowflake
- Automation Test Engineer at Capco
- DFT ATPG Engineer at NVIDIA
- Senior HPC Cloud Engineer at NVIDIA
- Senior DevOps Engineer at NVIDIA
- ASIC Verification Engineer at NVIDIA